Bu gün:
Xezer.info » Dünya » “Dekabrın 30-da Obama gözlənilməz bəyanat verə bilər” - Tramp şoku

“Dekabrın 30-da Obama gözlənilməz bəyanat verə bilər” - Tramp şoku


“Dekabrın 30-da Obama gözlənilməz bəyanat verə bilər” - Tramp şoku
“Amerika uzunmüddətli vətəndaş müharibəsinə hazır olmalıdır...”
“Tramp inaqurasiyaya buraxılmayacaq- Obama hakimiyyətdə qalacaq...”

“Amerikalılara uzunmüddətli və amansız vətəndaş müharibəsinə hazırlaşmaq gərəkdir. Çünki hakimiyyətdəki mənbələrdən sızan məlumatlara görə, “Rusiya müdaxiləsi” ilə bağlı son prezident seçkilərinin qeyri-legitim elan edilməsi planlaşdırılır...”

Bu gözlənilməz informasiyanı Nyu-York radiostansiyası yayıb. İki ayrı-ayrı mənbənin verdiyi məlumatda hazırkı prezident Barak Obamanın 30 dekabr 2016-cı il və 5 yanvar 2017-ci il tarixləri arasında Amerika ictimaiyyətinə müraciət edəcəyi gözlənilir. “Müraciətdə dövlət başçısı Rusiyanın proseslərə müdaxiləsini təsdiqləyən yeni sübutlar tapılması səbəbindən prezident seçkilərinin qeyri-legitim elan ediləcəyi və Donald Trampın ABŞ-ın 45-ci prezidenti kimi andiçməyə buraxılmayacağı haqda bəyanat verəcək.

Obama Rusiyanın seçkilərə müdaxiləsi səbəbindən yaranmış faciəvi situasiyadan danışaraq hakimiyyətin varisliyi prinsipinə (COG - ən kritik situasiyalarda hakimiyyətin fasiləsizliyinə şərait yaradılması prinsipi-S.L.) uyğun olaraq səlahiyyət müddətinin bitməsindən sonra da özünün hakimiyyətdə qalacağını bəyan edəcək...” (Moderator.az)