Sabah-sabah Əhaliyə bəd xəbər - Azərbaycanda minlərlə iş yeri bağlanacaq - Çünki
16-dek-2016Tam devalvasiya neçə min iş yerini bağlayacaq? - Özəl araşdırma
Azərbaycan manatı tam üzən məzənnəyə keçərsə minlərlə iş yeri bağlanacaq
Bu barədə Politika.Az-ın İqtisadiyyat Şöbəsinə məlumat verilib.
Məlumatda bildirilir ki, hökumət tam devalvasiya ilə maliyyə sabitliyinin mərhələli şəkildə yaranacağını hesablayıb. Lakin hesablanmayıb ki, bu qərar xarakiri etməkdir və cəmiyyəti zərbə altında qoymaqdır.
Çünki manatın başının bir dəfəlik buraxılması minlərlə istehsal müəssisəsinin, obyektlərin bağlanması, ixtisarların daha kütləvi olması deməkdir.
Hazırda ixtisarlar getməkdədir və iş yerlərində ştatlara zaldılır. Amma tam devalvasiya ölkəni öz altında qoya bilər.
Hökumətin açıqladığı yol xəritəsində "sərbəst üzən məzənnəyə keçiləcək" mövqeyi ətrafında qızğın müzakirələr gedir.
Sadəcə, iqtisadiyyatının hazırkı strukturu, monetar siyasətin seçdiyi yaxın və orta müddətli hədəflər, mövcud maliyyə sistemi sərbəst üzən məzənnəyə keçidi mümkünsüz edir.
Siyasi risklərin yüksək olması yaxın dövrdə Azərbaycana kapital gəlişi ehtimalını azaldır – bu bir vacib məqamdı, ölkədən xroniki kapital qaçışını stimullaşdırır – başqa bir əhəmiyyətli məqamdı.
Maliyyə sisteminin durumu ilə bağlı daha bir əlavə: hökumət sektorunun, dövlət şirkətlərinin, bank sektorunun kifayət qədər iri həcmdə valyuta borcları var. Qeyri-sabit valyuta məzənnələri bu borcların manat ekvivalentində həddən artıq şişməsinə səbəb olur.
Bircə fakt: Azərbaycanın müstəqillik tarixində heç vaxt büdcəsinin 10%-ni xarici borcların qaytarılmasına xərcləməyib.
Amma 2017-də bu baş verəcək. Əsas səbəb manatın kəskin dəyər itirməsidir. Yaxın 5 ildə isə dövlət sektorunun intensiv və böyük həcmdə xarici borclara xidmət dövrü olacaq.
Politika.Az-ın xəbərinə görə, baş bankirin açıqlaması “vəssalam, manatın başı birdəfəlik buraxılır” kimi xarakterizə oluna bilər.
Artıq hökumət manatın bu kursda saxlanmasının da mümkün olmadığını və hər gün əlavə pul xərcləndiyini görməkdədir.
AMB sədrinin tam üzən məzənnəyə keçid hazırlığı haqda çıxışı o deməkdir ki, iqtisadiyyatın, manatın taleyi Allahın ümidinə buraxılır.
Baş bankirin xəbərdarlığı hökumətin maliyyə və valyuta siyasətində yanvardan nələrə gedəcəyinin anonsudur.
Aparılan səhv və səhlənkar monetar siyasətin nəticəsidir ki, bugün Neft Fondu və Mərkəzi Bankın aktivləri hesabına ayda 100 milyonlarla dollar vəsait bazara atılır və əridilir.
Gözlər isə neftin qiymətindədir ki, bəlkə bahalaşdı və bu proses dayandı.Ancaq ən zəif iqtisadi savadı olan vətəndaş da bilir ki, bu mümkün olmayacaq.
Mərkəzi Bankın bütün potensial senarilərə hazır olması vacibdir. Çünki bu halda söhbət valyuta bazarında dollar tələbinin təklifi yenidən kəskin üstələməsindən gedə bilər”.