Bu gün:
Xezer.info » Siyasət » Gəncənin deputatı yenə niyə yoxa çıxdı? - İlginc şikayət

Gəncənin deputatı yenə niyə yoxa çıxdı? - İlginc şikayət


Gəncənin deputatı yenə niyə yoxa çıxdı? - İlginc şikayət
Bir müddət əvvəl Gəncənin gənc deputatı Naqif Həmzəyev barəsində xəbər yaymışdıq

Politika.Az-da “Naqif Həmzəyev niyə yoxa çıxdı?” başlığı ilə yayımlanmış materialda onun fəaliyyətindən bəhs olunurdu.

Deputat məqaləyə reaksiya verərək haqqında səslənən iddialara münasibət bildirmişdi. Həmçinin, Həmzəyev bildirmişdi ki, özü barədə hər hansı məlumat olduğu halda mövqeyini öyrənməyi xahiş etmişdi.

Bundan əlavə, millət vəkili qeyd etmişdi ki, Gəncə və şəhərin icra başçısı Elmar Vəliyev barəsində də hər hansı məlumat daxil olanda xəbəri dəqiqləşdirmək, rəyini öyrənmək üçün də onunla əlaqə saxlanılsın.

Politika.Az rəhbərliyi də bu işgüzar əməkdaşlıq təklifindən məmnun qaldığını və xəbər portalı olaraq qərəzsiz informasiya vermək üçün müxbirlərin deputatla əlaqə saxlayıb açıqlama alacağını vurğulamışdı.

Təbii ki, xəbər portalı olaraq hər zaman peşəkarlığa, operativliyə və qərəzsiz xəbər yaymaq prinsiplərinə sadiq olmuşuq. Ona görə də Gəncənin deputatının xahişinə əməl etdik. Belə ki,

Gəncə icra başçısı Elmar Vəliyevlə bağlı oxucu şikayəti daxil olub. Video müraciət olduqca ilgincdir və başçıya ağır ittihamlar var.

Amma 10 gündür ki, Naqif Həmzəyevin verdiyi şəxsi nömrəsinə zəng çatmır. Redaksiyamıza göndərilən video müraciətlə əlaqədar E.Vəliyevin mövqeyini N.Həmzəyevdən öyrənmək mümkün olmur.

Bu halda həmin müraciəti yaymaqla bağlı qeyri-müəyyənlik yaranıb. Müraciət müəllifi şikayətinin dərc olunmasını istəyir və niyə hələ də yayımlanmadığını soruşur, deputata isə zəng çatmır ki, mövqeyini bildirsin, yazı birtəfəli qaydada getməsin.