Sahibkarlardan şok müraciət: “Cənab prezident, MTN kimi Fitosanitar Xidməti də ləğv edin” - Xaos
15-dek-2016Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti ləğv oluna bilər
Fim.az xəbər verir ki, bu sensasion məlumatı Politika.Az-a açıqlayan nazirlikdəki mənbənin sözlərinə görə, qurumun struktur islahatına görə demontajı plandadır.
Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev və həmin xidmətin şöbə müdiri Mehman Məmmədov qurumun çovdarovları adını qazanıb.
İdxala icazə üçün iş adamlarından açıq şəkildə rüşvət istənilir. Onlara bildirilir ki, şikayət etməyin mənası yoxdur. Sahibkarlar qeyd edirlər ki, tikinti materiallarının fitosanitar karantin baxışı alver predmetinə çevrilib.
İş adamları bildirirlər ki, hər mal idxalında 20 manat əvəzinə 160 manat alınır. Bu qurumun özbaşınalığı barədə prezidentə iş adamları tərəfindən saysız-hesabsız şikayətlər daxil olmaqdadır. İslahatlar çərçivəsində Fitosanitar Nəzarət Xidmətinin ləğvi nəzərdə tutulur.
Kənd təsərrüfatı naziri Heydər Əsədova çoxsaylı şikayətlər ünvanlanır. Amma heç bir tədbir görülmür.
Bundan əlavə, Tarif Şurasının qərarı ilə idxal edilən materiallara fitosanitar karantin baxışının keçirilməsi üçün 1 kub metr meşə materialları üçün 0,01 manat, bitkiçilik məhsullarının idxalına fitosanitar sertifikatlarının verilməsinə görə isə 3 manat məbləğində rüsum müəyyən edilib.
Dövlət xidməti rəhbərliyi sahibkarlardan sertifikatın verilməsinə görə bundan dəfələrlə artıq miqdarda qeyri-qanuni pul tələb edir.
Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev və həmin xidmətin şöbə müdiri Mehman Məmmədov 1 vaqon meşə materiallarına görə 80 manat, yəni 80 dəfədən artıq məbləğ alır.
İstədikləri məbləğdə pulu vermədikdə isə müxtəlif bəhanələrlə sertifikatın verilməsinin mümkün olmayacağını və növbəti gün müraciət etməyi bildirirlər.
Ölkə başçısı cənab İlham Əliyevin məmurlarla keçirdiyi müşavirələrdə ölkədə sahibkarlığın inkişafı üçün tam şəraitin yaradılması, bir pəncərə sisteminin tətbiq edilməsi, sahibkarlara qarşı bütün növ süni maneələrin aradan qaldırılması, məmurların sahibkarlara qarşı bürokratik əngəllərə yol verilməməsi üçün dəfələrlə tapşırıq və xəbərdarlıqlarına görünür adı çəkilən qurumda məhəl qoyan yoxdur.