Bu gün:
Xezer.info » Cəmiyyət » Rövnəq Abdullayevdən sensasion iddia: SOCAR 13 qəpik təklif edirdi..

Rövnəq Abdullayevdən sensasion iddia: SOCAR 13 qəpik təklif edirdi..


Rövnəq Abdullayevdən sensasion iddia: SOCAR 13 qəpik təklif edirdi..
Tarif Şurasına SOCAR-ın müraciətində illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 13 qəpik müəyyənləşdirilməsini təklif etmişdik. Ancaq bizə bəlli olmayan səbəblərdən Tarif Şurası diferensial tarifi 20 qəpik müəyyən etdi. Milli Məclisdəki qaynaqlardan istiqlal.az-a daxil olan məlumata görə, bu barədə SOCAR prezidenti, deputat Rövnəq Abdullayev iclasdankənar söhbətdə bildirib.

R.Abdullayev bildirib ki, 13 qəpik çox yaxşı göstərici idi: "Hətta bizi 12 qəpik də qane edirdi. Ancaq Gözləmədiyimiz halda Tarif Şurası diferensial tarifi 20 qəpik müəyyən etdi".

R.Abdullayevin bu açıqlaması bəzi məqamlara da aydınlıq gətirir. Bahalaşmadan sonra, Tarif Şurasının sədri, İqtisadiyyat naziri Şahin Mustafayev bildirdi ki, SOCAR hər min kubmetr qazın satılması üçün 140 manat xərcləyir. "Hazırda qazın orta satış qiyməti 90 manatdır. SOCAR faktiki olaraq zərərlə işləyir. SOCAR tərəfindən investisiyaların qoyulması, hətta qazın hasilatının sabit saxlanması mümkün olmurdu. SOCAR-a büdcə hesabına invesisiyaların ayrılması gündəmə gəlirdi. Qazın hasil edilməsi, istehlakçılara çatıdırılması üçün təmir işləri zəruri idi. Prezident tərəfindən həyata keçirilən sosialyönümlü siyasəti nəzərə alaraq sosial baxımından həssas təbəqinin maraqlarını qorumaq üçün optimal qərar qəbul edilib. 1500 kubmetr güzəştli tariflə müəyyən edilmiş istehlakdır. Əhalinin 62%-i 1500 kubmetrədək qaz istifadə edir. Böyük hissə bundan zərər çəkməyəcək, onlara qənaət üçün stimul verəcək".

İqtisadiyyat nazirinin bu açıqlaması rəsmi rəqəmlərlə ziddiyət təşkil edir. Çünki SOCAR-ın 2015-ci ilin yekun hesabatında göstərlirdi ki, əhaliyə satılan təbii qazın 1000 kubmetrinin maya 41 manatdır. Yəni heç bir halda ziyandan söhbət gedə bilməz.

Bahalaşma ilə bağlı təklifləri ümumiləşdirmək, arqumentləşdirmək və prezidentə məruzə etmək manadatı istisnasız Tarif Şurasının sədri Ş.Mustafayevə məxsusdur. Görünür, Ş.Mustafayev bu mandatından yetərincə faydalanıb.