Bu gün:
Xezer.info » Cəmiyyət » SON DƏQİQƏ! Məhsullar 17 faiz bahalaşdı - RƏSMİ

SON DƏQİQƏ! Məhsullar 17 faiz bahalaşdı - RƏSMİ


SON DƏQİQƏ! Məhsullar 17 faiz bahalaşdı - RƏSMİ
Banan, alma, limon, naringi, xurma, şabalıdın qiyməti isə aşağı düşüb.

Azerinfo.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 2016-cı ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 12,1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,6 faiz bahalaşıb.

2016-cı ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,3 faiz bahalaşıb.

Ay ərzində düyü, un, qarabaşaq yarması, peçenye və paxlava, makaron məmulatları, mal, qoyun və toyuq əti, balıq məhsulları, kolbasa məmulatları, süd məhsulları, pendir və yumurta, kərə və bitki yağları, şəkər və şəkər tozu, qəhvə, çay və kakao, spirtli içkilər, armud, nar, heyva, pomidor, xiyarın qiymətlərində bahalaşma, banan, alma, limon, naringi, xurma, şabalıd, kələm, göyərti, kök, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub.

Noyabr ayında oktyabr ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçalar, geyim və ayaqqabılar, inşaat materialları, dərmanlar, mebel və ev əşyaları, zərgərlik məmulatları, xalça və digər döşəmə örtükləri, ev üçün toxuculuq məmulatları, şüşə məmulatları, yemək qabları və əşyaları, məişət cihazları, fərdi kompüterlər, dəftərxana ləvazimatları, kitablar, minik avtomobilləri üçün ehtiyat hissələrinin qiymətlərində bahalaşma qeydə alınıb.

Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqları, məişət cihazları, avtomobillərin təmiri xidmətləri, dəmiryol, hava və dəniz nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində də bahalaşma müşahidə olunub.