İqtidarda sensasion əvəzlənmə: iki nazir yola salınır - Təfərrüat
09-dek-2016İqtidar komandasında dəyişikliklər ediləcək; Siyasi rəhbərlik Nazirlər Kabinetinə əl gəzdirəcək...
Bu barədə Politika.Az-a verilən məlumata görə, hökumətin yarıtmaz nazirlərdən qurtuluş zamanı yetişib.
Prezident humanitar və iqtisadi bloka daxil nazirlərin bəziləri ilə vidalaşa bilər. Bu sırada təhsil naziri Mikayıl Cabbarovla kənt təsərrüfatı naziri Heydər Əsədovun gedişi gözlənilir.
Ölkənin təhsil və aqrar sektorunda dözülməz şərait hökm sürür. Nə Misir Mərdanov, nə də İsmət Abbasovdan fərqlənən hazırki nazirlərin əvəzlənməsi real görünür. Əsədov və Cabbarov rəhbərlik etdikləri sahələrdə heç bir islahat həyata keçirməyiblər.
Təhsil şöbələrində, məktəblərdə, universitetlərdə Mərdanovdanqalma idarəetmə üsulu davam etdirilir. Aqrar sahədə isə subsidiyaların mənimsənilməsindən tutmuş yarmarkaların təşkilin qədər problemlər dəyişib.
Mənbənin qeydlərinə görə, hakimiyyət hər iki nazirlə vidalaşmağa hazırdır . Qeyd edək ki, Mikayıl Cabbarov təhsilə həm də şəxsi biznes kimi yanaşır. Əks təqdirdə, təhsil sektorunu korrupsiyanın ağuşuna alması baş verməzdi.
Görünür, nazir elə zənn edir ki, təhsil gəlir yeridir və ona da külli miqdarda haqq çatmalıdır. Yoxsa, müəllimindən tutmuş, direktoruna və şöbə müdirinə qədər hər kəs pul yığmaq haqqında düşünməzdi.
Politika.Az-a verilən məlumata görə, kənd təsərrüfatı naziri ölkə prezidentinin etimadını doğrulda bilmədi. Heydər Əsədov bu sahənin kadrı olmadığını və səriştəsizliyini isbat elədi.
Prezident İlham Əliyevin etimadını doğrultmaq üçün Heydər Əsədovun aqrar sektorda, yerli məhsulların ucuz satışında hansı işlər görəcəyi gözlənilirdi.
Nazir başı subsidiyaların verilməsində, texnikanın paylanmasında mənimsəmələrə, korrupsiya əməliyyatlarına qarışıb.
Halbuki, taxılçılıq, pambıqçılıq, bitkiçilik və tərəvəzçiliyin inkişafına ciddi dəstək lazım idi. Nazir bu vəzifəyə təyin olunanda ona tapşırılıb ki kənd təsərrüfatını dirçəltsin, İsmət Abbasovun yolunu getməsin.