DTX `İmam Xomeyni`çilərə qarşı əməliyyat keçirib
08-dek-2016Bu gün DTX və DİN-in birgə keçirdiyi əməliyyatın bəzi məqamları ortaya çıxıb.
Femida.az xəbər verir ki, əməliyyat keçirilən obyekt 2002-ci ildən qanunsuz şəkildə "məscid-mədrəsə" kimi fəaliyyət göstərirmiş. İcmanın başçısı Seyidov Asin Ərəş oğludur. Onun rəhbərliyi ilə "məscid-mədrəsə"də "İmam Xomeyni Kursu" tədris edilməklə Azərbaycanda qadağan olunmuş dini baxışlar təbliğ olunurmuş.
Onu da qeyd edək ki, məsələ ilə bağlı cinayət işi başladılması üçün araşdırmalar aparılır.