Döyüldüyü iddia olunan müəllim də danışdı: "Xəbərdarlıq elədim, amma eşitmədi"
10-iyun-2016Binəqədi rayonundakı Qubadlı rayon Xanlıq kənd 1 saylı tam orta məktəbdə şagirdini döyməkdə ittiham olunan müəllim Akif Səmədov məsələyə aydınlıq gətirib.
AzNews.az-a açıqlama verən A.Səmədov Qubadlı rayon Təhsil Şöbəsi və Binəqədi Rayon Polis Şöbəsində izahat verib: "Hadisə olub, valideyn də gəlib məktəbdə səs-küy yaradıb. Həmin şagirdə mən dərs deyirəm, 8-ci sinif şagirdidir. Dərsdə səs elədi və gedişiatı pozdu. Xəbərdarlıq elədim, amma eşitmədi. Məsələ də bundan sonra oldu”.
A.Səmədov həmin məktəbdə direktor müavini işləmədiyini bildirib: "Akifə müəllimə direktor təyin olunanda ərizə yazıb müavinlikdən çıxmışam. 7 ildir ki, mən fizika fənni üzrə dərs deyirəm. Xahişim budur ki, belə məsələlərdə bir az diqqətli olsunlar”.
Xatırladaq ki, mətbuatda Akif Səmədovun yuxarı sinif şagirdləri olan qızlara qarşı əxlaqsız hərəkətlər etdiyi, bu səbəbdən də valideynlər tərəfindən döyüldüyüylə bağlı məlumat yayılıb.