“MANAT SÜNİ ŞƏKİLDƏ UCUZLAŞDIRILIR!” – İqtisadçı Qulu İbrahimli
06-dek-2016“Mərkəzi Bankın 2016-cı ilin oktyabr ayının sonuna statistik hesabatı da göstərir ki, manat süni şəkildə ucuzlaşdırılır”.
“MANAT SÜNİ ŞƏKİLDƏ UCUZLAŞDIRILIR!” – İqtisadçı Qulu İbrahimli“AzPolitika”nın məlumatına görə, bu iddianı Vergilər Nazirliyi və Gömrük Komitəsinin keçmiş əməkdaşı, iqtisadçı Qulu İbrahimli irəli sürüb. O, manatın ucuzlaşmasını tədiyyə balansı ilə əlaqələndirən iqtisadçıları da ittiham edib.
“Mən dəfələrlə şahidi olmuşam ki, manatın ucuzlaşmasını tədiyyə balansı ilə əlaqələndirənlərin çoxunun heç tədiyyə balansının tərtibi metodologiyasından xəbəri yoxdur, Milli Hesablar Sisteminin işləyişi və ölkənin Maliyyə Statistikası barədə elementar təsəvvürlərə də malik deyillər. Boşboğazlıqla ya bilərəkdən, ya da bilməyərəkdən ictimai rəyi manatın ucuzlaşmasına hazırlamağa xidmət edirlər”.