Bu gün:
Xezer.info » Cəmiyyət » Qətl və rüşvət işində adı hallanan Yevlax “komissarı”: Elxan Heydərov haqda ilginc dosye

Qətl və rüşvət işində adı hallanan Yevlax “komissarı”: Elxan Heydərov haqda ilginc dosye


Qətl və rüşvət işində adı hallanan Yevlax “komissarı”: Elxan Heydərov haqda ilginc dosye
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli şöbə və idarələrində hökm sürən acınacaqlı vəziyyət haqda mediada xeyli yazılar dərc olununb. Bu qurumun yerli şöbə və idarələrində hökm sürən acınacaqlı vəziyyət göz önündədir. Dörd ildən artıq bir zamanda fəaliyyət göstərməsinə baxmayaraq xidmət özünü doğrultmağı bacarmadı. Xidmətə bəslənən ümidlər böyük olsa da, qarşıya qoyulan tapşırıqların əksər hissəsi icra edilməmiş qaldı.
Səfərbərlik Xidməti ilə bağlı apardığımız araşdırmalar yeni faktları üzə çıxarır. Bu dəfə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsinin rəisi, polkovnik leytenant Elxan Heydərovla bağlı ilginc məlumatlar əldə etmişik. Bu zabitin keçmişi ilə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar zamanı E.Heydərovun xidməti tərcümeyi-halında xeyli müəmmalı məqamları üzə çıxardıq. İlk olaraq onu bildirək ki, E.Heydərovun adı ölkəyə səs salan qətlin-Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətli ilə bağlı mediada hallanıb. Belə ki, Ruslanın qətlinin araşdırılmasında Şəmkir rayon polisindən əlavə, Müdafiə Nazirliyinin Şəmkir Rayon Hərbi Polis Şöbəsinin əməkdaşları də iştirak edibmiş. Səfər Əbiyevlə kirvə olan Aslan Aslanov öz qeyri-rəsmi kurasiyasında olan hərbi polisi də qətlin araşdırılması işinə cəlb edib. Məlumata görə, hətta meyiti də ilk olaraq hərbi polis tapıb. Həmin vaxt isə rayonun hərbi polis rəisi Elxan Heydərov olub. Düzdür E.Heydərov bu faktı və bu məsələ ilə bağlı digər məlumatları təkzib edir, amma həmin vaxt cənab Heydərovun birbaşa rəhbəri olan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi, polkovnik Rövşən Məhərrəmov fərqli fikirdədir. O bildirir ki, “O vaxt Şəmkirin hərbi polis rəisi Elxan Heydərov olub. O, məndən çox Aslan Aslanova tabeçilik göstərirdi. Ona görə də mənə heç nəyi məruzə etmirdi”.
E.Heydərovun A.Aslanova bu dərəcədə itaəti cavabsız qalmır. Demək olar ki, Ruslanın qətlinin istintaqı başa çatdıqdan sonra E.Heydərov hərbi polisdən kənarlaşdırılır və A.Aslanov onu Hərbi Komissarlıq sisteminə gətirir. Bu proses haqda da cumhuriyyet.az olaraq maraqlı məlumatlar əldə etmişik. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) sabiq idarə rəisi, polkovnik-leytenant Ağa Fəttahov mediaya verdiyi açıqlamada deyir: “Elxan Heydərov 200 min manat rüşvət müqabilində Aslan Aslanovun əli ilə hərbi polisdən komissarlıq sisteminə keçmişdi. Avqustun 3-də işdən azad olunduqdan sonra o 150 min manat müqabilində işə qayıdacağını dəfələrlə deyib. Doğurdanda qayıtdı. Əvvəl baş idarəyə sonra isə Qusar rayonuna rəis təyin olundu. Buna da etiraz edirdi. Bildirirdi ki, mən bu qədər pulu bu ucqarda işləmək üçün verməmişəm. O məqsədinə çatdı. Nə keçmiş hərbi komissarlıq sistemində, nə də Səfərbərlik Xidmətində görünməmiş hadisə baş verdi Elxan Heydərov 6 ay işlədikdən sonra Yevlax rayonuna təyin olunur. Mən rüşvətin birbaşa Arzu Rəhimova verildiyini iddia etmirəm. Amma ortada konkret faktlar var”.
Hazırda Səvərbərlik Xidmətinin Yevlax rayon şöbəsinin rəisi işləyən E.Heydərovun burda qısa müddət ərzində hansı əməllərə imza atması haqda isə növbəti yazımızda…
Yazıda adı keçən şəxslərin mövqeyini verməyə hazırıq.
cumhuriyyet.az