Bu gün:
Xezer.info » Cəmiyyət » Deputatdan "Sədərək" Ticarət Mərkəzinə qarşı — İTTİHAM

Deputatdan "Sədərək" Ticarət Mərkəzinə qarşı — İTTİHAM


Deputatdan "Sədərək" Ticarət Mərkəzinə qarşı — İTTİHAM
“Sədərək Ticarət Mərkəzində maşınların parklanmasından alınan pullar dövlət büdcəsinə getmir”

Bunu millət vəkili Fəzail Ağamalı Milli Məclisin Hüquq Siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.

Deputat deyib ki, bu cür vəsaitlərin çox hissəsi dövlət büdcəsinə getmir:

“Misal üçün, Sədərək Ticarət Mərkəzinə daxil olan zaman 30 dəqiqə olsa belə, maşının park edilməsinə görə pul alınır. Axı gün ərzində alınan bu qədər pullar hara gedir? Əminəm ki, Sədərək Ticarət Mərkəzində maşınların parklanmasından alınan pullar dövlət büdcəsinə getmir. Mən Sədərək Ticarət Mərkəzini misal üçün çəkdim. Bu gün Bakı şəhərində çoxlu sayda belə qanunsuz park etmə məntəqələri var. Biz bu məsələyə ciddi yanaşmalıyıq. Həmin formada parklanmadan hər gün əldə edilən pulların, ödənməyən vergilərin dövlət büdcəsindən yayındırılmasının qarşısı alınmalıdır”.