Rusiya Müdafiə Nazirliyinin hospitalı atəşə tutulub – Ölən və yaralananlar var
05-dek-2016Suriyanın Hələb şəhərində Rusiya Müdafiə Nazirliyinə məxsus mobil hospital artilleriya atəşinə tutulub.
Rusiya MN-nin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, hadisə günorta saatlarında baş verib.
Mərminin hospitalın qəbul şöbəsində düşməsi nəticəsində bir rusiyalı hərbi-tibb işçisi ölüb, iki tibb işçisi isə ağır yaralanıb. Həkim yoxlamasına gələn yerli sakinlər də yaralanıblar.
Rusiya MN rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib ki, atəş müxalifət qüvvələri tərəfindən açılıb: “Qərbli həmkarlarımızın bizi əmin etdiyi kimi hazırda “ən-Nüsrə” terrorçuları Suriya ordusu tərəfindən Şərqi Hələbin cənubuna sıxışdırılıb. Onlar hədəfi belə dəqiq nişan almaq vəziyyətində deyillər. Biz anlayırıq ki, terrorçular Rusiya hospitalının qəbul şöbəsinin dəqiq koordinatları kimdən alıblar. Ona görə də, Hələbdə uşaqlara yardım edən tibb işçilərimizin ölümü və yaralanmasının bütün məsuliyyəti təkcə bunu icra edənlərin, yəni “müxalif” döyüşçülərinin üzərinə düşmür, hərbçilərimizin qanı bu qətlin sifarişçilərinin üstündədir”.