Samir Şərifovdan daha bir sürpriz: BAĞÇA PULLARINI DA....
02-dek-2016"Milyonluq layihələrin göyə sovrulmasında əsas iştirakçı olan samir Şərifov" ölkə əhalisinə daha bir "şad xəbər" verib.
"Millətinsəsi.az" saytı xəbər verir ki, hörmətli vətəndaşlar, atalar və analar bundan sonra məktəbəqədər uşaq bağçalarının da müştərək maliyyələşmə mexanizminin tətbiq olunmasında "canla, başla" iştirak edəcəklər.
Bunu əlahəzrət maliyyə naziri Samir Şərifov özü şəxsən belə buyurub:
“Biz artıq bazar iqtisadiyyatına keçmişik. Dövlət üzərinə sosial yükü götürüb. Bu da Prezidentin apardığı siyasətdir. Sosial yönümlü siyasət üstünlük təşkil edəcək.
Lakin bəzi xərclərin dövlətlə əhali arasında bölüşdürülməsi, eyni zamanda, həmin xərclərin düzgün, səmərəli həyata keçirilməsinə, ictimai nəzarətin tətbiqinə gətririb çıxarır. Hazırda pullu və dövlət büdcəsi hesabına maliyyələşən bağçalar var. Burada müştərək maliyyələşmə prinsipləri də tətbiq oluna bilər”.