Zəbt edilmiş torpaqların geri alınması Ramil Usubova tapşırıldı - fərman
02-dek-2016Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi torpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi) hallarının qarşısının alınması üçün tədbir görməlidir.
Bu, Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” 1 dekabr 2016-cı il tarixli fərmanında əksini tapıb.
Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi bu hallar barədə Azərbaycan Respublikasının daxili işlər orqanlarına məlumat verilməsini də təmin etməlidir.
Qeyd edək ki, indiyə qədər Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin yalnız torpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi) halları ilə bağlı müvafiq orqanlar qarşısında məsələ qaldırmaq səlahiyyəti olub.