Bu gün:
Xezer.info » Xəbər » Balakən həkimləri yoxlamanı necə “yola saldılar”...

Balakən həkimləri yoxlamanı necə “yola saldılar”...


Balakən həkimləri yoxlamanı necə “yola saldılar”...
Maliyyə Nazirliyi tərəfindən aşkarlanan nöqsanları ört-basdır etmək üçün Hacıömər Nuriyevin göstərişi ilə rayonun həkimlərindən 1000 manatdan pul yığılıb Qəzetimizin 25.11.2016-cı il tarixli sayında “Balakən səhiyyəsi talanır” başlıqlı yazı dərc olunmuşdu. Yazıda Balakən Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Hacıömər Nuriyevin öz işində yol verdiyi iddia olunan ciddi qanun pozuntularına dair redaksiyamıza daxil olan açıqlamalar təqdim olunmuşdu. Biz qeyd etmişdik ki, aldığımız məlumatlarda ilk növbədə baş həkimin xəstəxanaya dövlət vəsaitləri hesabına alınmış tibbi avadanlıqları öz şəxsi, özəl klinikasına aparması barədə verilən açıqlamalar diqqəti cəlb edir. Bu barədə aldığımız məlumatda deyilir ki, Hacıömər Nuriyev Balakən Rayon Mərkəzi Xəstəxanasının açılışı zamanı dövlət başçısına təqdim etdiyi, büdcə vəsaitləri hesabına alınmış tibbi avadanlıqları öz şəxsi klinikasına aparıb. Onların yerinə isə, xəstəxanaya sovet dönəmindən qalma köhnə aparatlar qoyub. Digər bir açıqlamada isə, Hacıömər Nuriyevə qarşı başqa ciddi ittihamlar da irəli sürülməklə, baş həkimin həm də tibbi aparatları satdığı iddia olunurdu: “Balakən Rayon Mərkəzi Xəstəxanasının fəaliyyətindən həm xəstəxananın işçiləri, həm də rayon camaatı olduqca narazıdırlar. Baş həkim Hacıömər Nuriyev rayonun bütün xəstəxanalarını və tibb məntəqədərini özəl biznes qurumu kimi çalışdırır. Mənimsənilən dövlət vəsaitləri hesabına Balakən Rayon Mərkəzi Xəstəxanasının baş həkimi rayonun ən varlı şəxslərindən birinə çerilib. Hacıömər Nuriyevin rəhbərlik etdiyi Balakən Səhiyyə müəssisələrində ən adi dərman pereparatları və tibbi ləvazimatlar tapılmadığı halda, elə həmin səhiyyə ocaqlarında baş həkimə bağlı olan ayrı-ayrı tibb bacıları və həkimlər xəstələrə baha qiymətə dərman və tibb ləvazimatları satırlar. Prezident İlham Əliyev Balakəndə olarkən sözügedən xəstəxananın açılışını edib. Həmin vaxt Mərkəzi Xəstəxananın Ginekologiya Şöbəsində ən müasir USM avadanlığı quraşdırılmışdı. Lakin prezident ayağını Balakəndən kənara qoyan kimi, baş həkim Hacıömər Nuriyev həmin USM aparatını satıb. Yerinə isə, sovet dövründən qalma köhnə avadanlığı qoyub ki, o da işləmir. Baş həkimin olduqca maraqlı iş üsulları da var. Balakən Mərkəzi Xəstəxanasında il ərzində iki formada pul yığır. Onlardan biri aylıq haqqdır ki, hər bir həkim hansı işi görməsindən asılı olmayaraq, bəlli miqdarda pulu hər ay baş həkimə verməlidir. İkincisi isə, ildə bir dəfə yığılır. Hacıömər Nuriyev hər ilin sonu həkimlərdən tələb edir ki, ya pul verib işlərində qalmalıdırlar, ya da onları işdən çıxarmalı olacaq. Baləkən Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin bu hərəkətlərindən edilən şikayətlərə gəldikdə isə indiyə qədər bununla bağlı heç bir tədbir görülməyib. Hacıömər Nuriyev isə hamıya deyir ki, onun arxası möhkəmdir və yığdığı pulları da yuxarılarla, yəni Səhiyyə Nazirliyi ilə bölüşdürür. Ona görə də, kimsə ona bir şey edə bilməz. Xəstələrin dərmamından tutmuş təcili yardım maşınlarına sərf edilən benzinin pulu baş həkimin cibinə gedir...” Təbii ki, ona qarşı irəli sürülən ittihamlara münasibətini öyrənmək məqsədilə, biz Hacıömər Nuriyevin özü ilə də əlaqə saxlamağa çalışdıq. Lakin baş həkim bizimlə danışmaqdan imtina etdi. Daha sonrakı zənglərimizə isə, ümumiyyətlə cavab vermədi. Bundan sonra biz Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevlə əlaqə saxladıq. Vəziyyəti İslam müəllimə bildirdikdə, başçı bu məsələni nəzarətə götürəcəyini və ən azından Hacıömər Nuriyevə sorğularımızı cavablandırmağı tövsiyyə edəcəyini bildirdi. Lakin bundan sonra da baş həkim zənglərimizə cavab vermədi. (Bizimdovr.az) Bu arada isə, Balakən RMX-nın həkim və tibbi personalından redaksiyamıza məlumatlar daxil olmaqda davam edir. Mənbələrdən birinin deməyinə görə, bu yaxınlarda Maliyyə Nazirliyi tərəfindən Balakənin səhiyyə müəssisələrinin, xüsusilə RMX-nın fəaliyyəti təftiş olunub. Nəticələr isə, rayonun tibb işçiləri üçün “acınacaqlı” olub. Bu barədə açıqlamada deyilir: “Bu yaxınlarda Maliyyə Nazirliyindən gəlmiş Babək müəllim rayonda səhiyyə müəssisələrinin fəaliyyətini təftiş edirdi. Təbii ki, yoxlama zamanı ciddi nöqsanlar, mənimsəmə halları aşkarlanıb. Bu səbəbdən də Hacıömər Nuriyev təftişin çox “dərinə getməməsi” üçün yoxlamanı “yola salmaq” qərarına gəlib. Bu qərar isə, yenə də bizə baha oturub. Belə ki, bu məqsədlə rayonun bütün həkimlərindən hərədən 800-1000 manat, digər tibbi personaldan isə, hərədən 300 manat olmaqla pul yığılıb. Bunun üçün ilk növbədə həm həkimlərin, həm də personalın avqust-sentyabr ayları üzrə maaşları tutulub. Qalan məbləğ isə, tibb işçiləri tərəfindən əmək haqqlarının üstünə əlavə edilib. (gundelikbaki)Qeyd edim ki, hazırda Rayonun səhiyyə sistemində 1000 nəfərdən artıq tibb işçisi fəaliyyət göstərir ki, bunlardan da təxminən 150 nəfəri həkim kadrlarıdır. Amma buna baxmayaraq, yığılan məbləğ “yolasalma” əməliyyatına kifayət etməyib. Bu səbəbdən də, Hacıömər Nuriyev özü də bankdan 20 min manat kredit götürərək yığılan məbləğə əlavə edib...”
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.