Səhiyyə müəssisələri də özəlləşdiriləcək
01-dek-2016“11 dövlət səhiyyə müəssisəsinin özəlləşdirilməsi nəzərdə tutulub”.
Qanun-namine.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
Nazir müavini bildirib ki, bunlar əsasən təsərrüfat hesablı müəssisələrdir: "11 müəssisə artıq müvafiq siyahıya daxil edilib. Bunların özəlləşdirilməsi labüddür. Ancaq gələcəkdə özəlləşdiriləcək müəssisələrin profilinin müəyyən müddətə dəyişdirilməməsi də gündəmdə olan məsələlərdəndir".
Nazir müavini qeyd edib ki, özəlləşdiriləcək səhiyyə müəssisələri sırasında Mərkəzi Neftçilər Xəstəxanası, Dənizçilər Xəstəxanası və Dəmiryolu Xəstəxanası da var.