Bu gün:
Xezer.info » İdman » “İdman tariximizdə növbəti qızıl mərhələ” layihəsi çərçivəsində tələbələrlə idmançıların növbəti görüşü keçirilib.

“İdman tariximizdə növbəti qızıl mərhələ” layihəsi çərçivəsində tələbələrlə idmançıların növbəti görüşü keçirilib.


“İdman tariximizdə növbəti qızıl mərhələ” layihəsi çərçivəsində tələbələrlə idmançıların növbəti görüşü keçirilib.
01 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Azərbaycan Turizm İnstitutu Məzunları” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “İdman tariximizdə növbəti qızıl mərhələ” layihəsi çərçivəsində ölkəmizi Avropa və dünya çempionatlarında təmsil edən və fəxri kürsünün ən yüksək pillələrinə sahib olaraq bayrağımızı yüksəklərə qaldıran idmançılarımızla gənclərin görüşü Bakı Pedaqoji Kollecində keçirilib.

Tələbələrlə görüşdə Bakı Sosial Pedaqoji Kollecinin direktor müavini Rasim Rzaxanov, Jiu- Jitsu idman növü üzrə Dünya çempionu, “Qarabağ” idman klubunun rəhbəri Anar Səfərov , Jiu- Jitsu idman növü üzrə beynəlxalq turnirlərin qalibi Ayaz Süleymanov və Uşu sanda idman növü üzrə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi Səxavət Həsənov iştirak edib.

Mərasimi layihə rəhbəri Cahandar Məmmədov giriş sözü ilə açaraq layihə haqqında məlumat verib, ölkəmizdə keçirilən beynəlxalq idman tədbirlərinin əhəmiyyətini vurğulayaraq 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunları haqqında gənclərə geniş məlumat vermişdir sonda layihənin həyata keçirilməsində dəstəyi olan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun rəhbərliyinə və digər qurumlara öz minnətdarlığını bildirib.

Sonra Jui Jitse idman növü üzrə Dünya çempionu, “Qarabağ” idman klubunun rəhbəri Anar Səfərov çıxış edərək gənclərlə öz təcrübələrini paylaşdı və onlara asudə vaxtlarını səmərəli keçirmələrini, idmana maraqlı olmalarını tövsiyə edərək, beynəlxalq idman tədbirlərində ölkəmizi layiqli təmsil etməyin şərəfli bir vəzifə olmasını vurğuladı.

Daha sonra Dünya və Avropa çempionları Anar Səfərov və Azərbaycan çempionu Səxavət Həsənov 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarına hazırlıq məşq prosesindən danışdılar, özlərinin və tələbələrinin İslam Həmrəylik Oyunlarında yüksək nəticələr əldə edəcəklərindən gəncləri əmin etdilər və idmanın inkişafı üçün yaradılan imkanlara, idmançılara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlığını bildirdilər. Sonda idmançılar gəncləri maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, layihənin məqsədi Azərbaycan idmanının tarixini idmançılarımızın əldə etdikləri uğurları əyani şəkildə göstərmək, gəncləri 2017 -ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarında idmançılara dəstək olmalarına. Onlara idmanın əhəmiyyət və vacibliyinin çatdırılması, sağlam həyat tərzinə dəvət edilməsi, ölkəmizdə idman və idmançılara yaradılan geniş imkanlardan gənclərin yararlanması, beynəlxalq idman

tədbirlərində ölkəmizi layiqli təmsil etməyin şərəfli bir vəzifə olmasının və bunun həmin tədbirlərə ev sahibliyi edən ölkəmiz üçün önəminin aşılanmasıdır.
“İdman tariximizdə növbəti qızıl mərhələ” layihəsi çərçivəsində tələbələrlə idmançıların növbəti görüşü keçirilib.
“İdman tariximizdə növbəti qızıl mərhələ” layihəsi çərçivəsində tələbələrlə idmançıların növbəti görüşü keçirilib.