Bu gün:
Xezer.info » Cəmiyyət » Hökumətin tarifləri qaldırmaqda əsas məqsədi nədir? — Deputatdan açıqlama

Hökumətin tarifləri qaldırmaqda əsas məqsədi nədir? — Deputatdan açıqlama


Hökumətin tarifləri qaldırmaqda əsas məqsədi nədir? — Deputatdan açıqlama
"Qiymətləri qaldırmaqlarının əsas səbəbi büdcəni doldurmaqdır"

Bu sözləri açıqlamasında Azərbaycan Sosial Demokrat partiyasının sədri, deputat Araz Əlizadə deyib.

Millət vəkilinin sözlərinə görə, qaz və işığın qiymətinin qalxmasının əsas səbəbi büdcənin boş olmasıdır.

"Məsələ ondadır ki, Azərbaycan iqtisadiyyatı neft üzərində qurulub. Neftin qiyməti isə dünya bazarında durmadan düşür. Qiymətlərin qalxması təbidir. Gəlir yoxdursa, çıxar da olmayacaq", - deyə deputat əməkdaşımızın sualını cavablandırarkən deyib.

Millət vəkili bildirib ki, qiymətləri qaldırmaqlarının əsas səbəbi büdcəni doldurmaqdır. Dövlət hansısa bir yolla büdcəni doldurmalıdır. Ümumiyyətlə, dövlət tərəfindən nəyinsə qiyməti artırılırsa bunun məqsədi büdcənin doldurulmasıdır.

Araz Əlizadə onu da əlavə edib ki, qiymətlərin qaldırılması ilə dövlət büdcəsinin doldurulası təkcə Azərbaycanda yox, bütün dünyada belədir. Bizdə çalışırlar ki, dövlət büdcəsi kəsirsiz olsun, ancaq dünya praktikasına baxanda isə görürük ki, bir dənə də olsun büdcə kəsiri olmayan dünya dövləti yoxdur.