Yüksək vəzifəli məmurlar hadisə yerində
29-noy-2016Xəbər verdiyimiz kimi, bu gecə Nizami rayonunda baş vermiş dəhşətli yanğın zamanı bir ailə - ata, ana və 2 azyaşlı uşaq həlak olub.
“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşlarının verdiyi məlumata görə, hazırda yanğın yerinə Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımov, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və digər rəsmi şəxslər gəliblər.
Qonşuların dediyinə görə yanğın gecə saat 3 radələrində baş verib. Hadisəyə ilkin səbəb kimi qısaqapanma göstərilir.
***
Həlak olanlar Füzuli rayonundan məcburi köçkün olublar.
Qonşu Rəsmiyə Məmmədova bildirib ki, yanğın zamanı 3 ev yanıb: “Saat 3-ün yarısı olardı. Hər yeri tüstü, duman bürüdü. Qapıbir qonşumuz idi. Çox gözəl ailə idi. Külək yanğını mənim evimə vurdu, canımızı zorla çıxardıq. Onlar qurtula bilmədi”.
Yanğın vaxtı ailə qorxusundan hamama qaçıb. Qonşuların dediyinə görə, hamam lambir olduğu üçün hər yer əriyib. Uşaqlar və qadın burada hamam divarına yapışıb