Bu gün:
Xezer.info » Siyasət » Ankara Moskvanın Qarabağ təklifinə dərhal reaksiya verdi

Ankara Moskvanın Qarabağ təklifinə dərhal reaksiya verdi


Ankara Moskvanın Qarabağ təklifinə dərhal reaksiya verdi
Türkiyə Dağlıq Qarabağ probleminin həlli istiqamətində aktivliyini daha da artıracaq.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspertin sözlərinə görə, son günlər Türkiyənin Qarabağla bağlı bəyanatları Moskvanın dəvətinə bir reaksiyadır:

“Bir müddət öncə Moskva açıq surətdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Türkiyənin iştirakını dəstəklədi. Bu bəyanatdan sonra isə Ankaranın reaksiyası gecikmədi. Əgər bir hərəkət olmasaydı, həm regional ictimaiyyət, həm də münaqişə ilə məşğul olan tərəflər Türkiyənin prosesdə iştirakına biganə qalardılar. Türkiyə son günlər Qarabağ məsələsi ilə bağlı bu cür aktivlik nümayiş etdirməklə Moskvanın sözügedən dəvətinə müsbət reaksiyasını göstərir. Düzdür, bu o demək deyil ki, tezliklə Qarabağ münaqişəsinin tənzimlənməsində real dəyişiklik baş verəcək. Lakin Türkiyənin proseslə bağlı fəallığını daha da artıracağını gözləmək olar. Hesab edirəm ki, Ankara bundan sonra Qarabağ problemi ilə atılan addımlara dərhal reaksiya verə biləcək”.