Bu gün:
Xezer.info » Sosial » Xərçəng əməliyyatında kəşf: qansız, kəsiksiz, səs ilə…

Xərçəng əməliyyatında kəşf: qansız, kəsiksiz, səs ilə…


Xərçəng əməliyyatında kəşf: qansız, kəsiksiz, səs ilə…
Lomonosov adına Moskva Dövlət Universitetinin alimləri və onların ABŞ-dan olan həmkarları insan bədənini kəsmədən daxili orqanlarda yaranmış xərçəng şişlərini dağıtmağa imkan verən ultrasəs skalpel-bıçaqla aparılan əməliyyat metodikası işləyib-hazırlayıblar.

Axar.az xəbər verir ki, bu haqda məlumat Ultrasəs, Ferroelektronika və tezlik kontrolu üzrə IEEE tranzaksiyaları jurnalında dərc olunub.

“Mən təvazökar səslənmədiyini bilirəm, amma bizdən başqa heç kim bu kəşfi belə tez və keyfiyyətli edə bilməzdi. Burda bir çox texniki-ədədi və sırf elmi hissələri nəzərə almaq, eləcə də əhəmiyyətli təcrübə lazım idi”, – deyə, Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Vera Xoxlova açıqlama verib.

Vera Xoxlovanın fikrincə, toxumaların mexaniki parçalanma texnologiyası ultrasəs cərrahiyyədə yeni imkanlar açır: onu hərəkətlərinin proqnozlaşdırmaq olar, təsirini isə sadə UZİ ilə görmək mümkündür. Bu ultrasəs skalpeli nəzarət etməyə, həmçinin bədəni yormadan şişləri dəqiq və tez zamanda aradan qaldırmağa imkan verir.