Azərbaycan səhiyyəsində BİABIRÇILIQ! Baş həkim xəstəxananın həyətini satır /FOTO
25-noy-2016Lənkəran Rayon Mərkəzi Xəstəxanasına məxsus torpaq sahəsi sahibkarlara satılır.
Bu barədə yerli sakinlər məlumat verib. Bildirilib ki, Lənkəran Xəstəxanasının parkinq ərazisinin bir hissəsi baş həkim tərəfindən satılıb. Hazırda həmin ərazidə aptek və mağaza tikilir.
Sakinlərin bildirdiyin görə, yeni təmir olunan xəstəxana 8 ay əvvəl istifadəyə verilib.
Səhiyyə Nazirliyi məsələyə münasibət bildirib. Nazirlikdən AzVision.az-a verilən məlumata əsasən satılan ərazinin xəstəxanaya aidiyyatı yoxdur. "Lənkəran Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi onun sahəsi üzrə idarəetmə həyata keçirir. Xəstəxananın həyətındən kənar hissəsəyə rəhbərlik cavabdeh deyil"./azvision/