Bakıda dəniz vağzalı, zavod, xəstəxana və mehmanxana özəlləşdirilir
24-noy-2016Bakıda bir sıra obyektlərin özəlləşdirilməsi nəzərdə tutulur.
Xezer.info Trend-ə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin təsdiq etdiyi "Orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin tabeliyindən çıxarılaraq özəlləşdirilməsi nəzərdə tutulan qeyri-profil müəssisə və obyektlərin siyahısı"nda deyilir.
Siyahıya əsasən, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Neftçilər prospekti, 58 ünvanında yerləşən vağzal binası, "Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı Vaqon Təmiri Zavodu, Bakı Dəmir Yolu Vağzalının mehmanxanası və Bakı Dəmir Yolu Xəstəxanası investisiya müsabiqəsinə çıxarıla bilər.