Cəllilabad rayon Məşğulluq İdarəsi etibarlı əllərdədir - Hafiz müəllim
24-noy-2016Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Cəllilabad rayon Məşğulluq İdarəsinin müdüri Hafiz bəydir.
Cəllilabad rayon Məşğulluq İdarəsinin müdüri Hafiz bəyin adı, respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləsiyirlər..
Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.
Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir? Cəllilabad rayon Məşğulluq İdarəsinin müdüri Hafiz bəyin məmur nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Hafiz bəyi nüfuzdan salmağa çalışırlar.
Məlumdur ki, Cəllilabad rayon Məşğulluq İdarəsinin müdüri Hafiz bəyin barədə son vaxtlar şantaj xarakterli məlumatlar yayan şəxslərin əslində başqa niyyəti var. Çünki, onun barəsində qərəzli yazıların hamısında təkcə Hafiz bəy deyil, həm də "Azərbaycannın digər rayon Məşğulluq İdarəsinin müdürləri hədəf seçilib. Bu yüksək vəzifəli şəxs barədə yalan dolu məlumatlar yazan saytların çirkli yollarla pul qazanmaq niyyəti məlum olub. Həmin saytlar ifşa olunub və yazılar saytlardan silinib. Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən və yüksək vəzifələrdə çalışan Hafiz bəyi şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər. Hamıya məlumdur ki, yalan ayaq açsa da yerimir. Həmin yazıları oxuduqda görürsən ki, konkret fakt olmadan məqsədli və qərəzli şəkildə hazırlanan sifarişli yazılardır. Hafiz bəyin şəxsi və işgüzar nüfuzuna xələl gətirmək istəyən insanların çirkin niyyətinə çatmayacağı da hamıya məlumdur. Görəsən həmin saytlar nəyə görə hazırda Cəllilabad rayon Məşğulluq İdarəsində uğurlu fəaliyyəti, gördüyü işlər barədə yazılar hazırlamır? Çünki, onların çirkin niyyəti buna imkan vermir.
P.S. Bakuxeber.info olaraq bəzilərinin diqqətinə çatdırır ki, Cəllilabad rayon Məşğulluq İdarəsinin müdüri Hafiz bəyin bizim müdafiəmizə ehtiyacı yoxdur. Yalan, böhtan xarakterli məlumatlar hazırlayıb yayan, bu məlumatlarla Cəllilabad rayon Məşğulluq İdarəsinin müdüri Hafiz bəyin şərəf və ləyaqətini alçaltmaq düşüncəsində olan qəzet və saytlar həmin şantaj xarahterli yazılara görə üzr istəyəcəklər.