Milli məclisdən təklif gözlənilməz təklif
24-noy-2016Kredit amnistiyası ola bilər - Milli məclisdən təklif
Azərbaycanda bəzi bank müştəriləri üçün kredit aministiyası tətbiq olunmalı və banklar həmin müştərilərə güzəştə getməlidirlər
Xezer.info-ın fins.az-a istinadən məlumatına görə, bu barədə Milli Məclisin iqtisadi siyasət və sahibkarlıq komitəsinini rəhbəri Ziyad Səmədzadə bu gün Bakıda keçirilən bank forumunda bildirib.
Çıxışında borcların amnistiyası məsələsinə toxunan Z.Səmədzadə bildirib ki, hazırda Milli Məclisə bank müştərilərindən minlərlə məktub gəlir: «Banklara borcu olanlar kreditlərini ödəyə bilmirlər».
Komitə sədri bildirib ki, o bu məsələni Mərkəzi Bankının və digər əlaqədar qurumların rəhbərliyi ilə müzakirə edib: «Biz bankların gəlirliyini araşdırmışıq və hesab ediri ki, onlar kifayət qədər gəlirlə işləyirlər».
«Və ona görə də borcların aministiya məsələsinə getmək olar»-deyə komitə sədri bildirib. Z.Səmədzadə bildirib ki, bu amnistiyanın hansı hallara, kimlərə hamil olunacağ araşdırılmalı və dəqiqləşməlidir. Komitə sədri bankları xüsusilə sərhəd bödgəsində yaşayan müştərilərə güzəştə getməyə çağırıb: «Əgər kredit götürən şəxs, sərhəd bölgəsində yaşayırsa və onu qaytarmaqla bağlı problemi varsa, xahiş edirəm, banklar belə məsələlərə həssas yanaşsınlar. Həmin vətəndaşlara güzəştə gedə bilərlərsə onları tətbiq etsinlər».