Türk əsgərlərini Suriyada Əsəd rejimi öldürüb
24-noy-2016Türkiyə hərbçilərini Suriyada Əsəd rejimi öldürüb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Türkiyə Silahlı Qüvvələri yayıb. Ordu əsgərlərin Əsəd rejiminin Hərbi Hava Qüvvələrinin endirdiyi aviazərbələr nəticəsində şəhid olduğunu bildirib.
Rəsmi Ankara hücum nəticəsində 3 nəfərin şəhid olduğunu, 10 nəfərin isə yaralandığını təsdiqləyib.
Qeyd edək ki, indiyə qədər Suriyada Türkiyə əsgərləri ilə Əsəd qüvvələri üz-üzə gəlməyib.