Bu gün:
Xezer.info » Xəbər » Gənclər Fondunun maliyyə dəstəyi ilə “Xəyalımdakı Rəsmlər” adlı layihə uğurla icra edilib

Gənclər Fondunun maliyyə dəstəyi ilə “Xəyalımdakı Rəsmlər” adlı layihə uğurla icra edilib


Gənclər Fondunun maliyyə dəstəyi ilə “Xəyalımdakı Rəsmlər” adlı layihə uğurla icra edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Binəqədi rayonu Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər birliyinin təşkilati təstəyi ilə VIII qrant müsabiqəsinin qalibi Ramin Əliyevin “Xəyalımdakı Rəsmlər” adlı layihəsinin sərgisi həyata keçirilib. Keçirilən sərgidə 30 gənc rəssamın rəsm əsərləri sərgilənmiş və böyük maraqla qarşılanmışdır.
Sərgidə giriş sözü ilə çıxış edən layihə rəhbəri Ramin Əliyev iştirakçılara layihənin məqsədi haqqında məlumat vermişdir. O, qeyd etmişdir ki, layihənin əsas məqsədi gənc rəssamların inkişafına dəstək vermək, ölkə gəncliyinin qürurla qeyd edə biləcəyimiz uğurlarını, gənclər üçün görülən işləri və s. gənclərlə bağlı rəsm əsərlərini nümayiş etdirməkdən ibarətdir.
Daha sonra çıxış edən Binəqədi Rayonu Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc xanım Süleymanova qeyd edib ki, Gənclər Fondunun dəstəyi ilə artıq gənclər asanlıqla öz ideyalarını gerçəkləşdirə bilirlər. Bu da gənclərə inkişaf üçün böyük stimul verir. “Xəyalımdakı Rəsmlər” layihəsinin uğurlu bir layihə olduğunu qeyd edən Sevinc xanım Süleymanova layihə rəhbəri Ramin Əliyevi və gənc rəssamları təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Sonda layihədə iştirak edən gənc rəssamlara və bütün sərgi iştirakçılarına sərgidə nümayiş olunan rəsm əsərləri çap olunan kitabça təqdim olunmuşdur.
Layihə rəhbəri
Ramin Əliyev
Tel – 0707655444
Gənclər Fondunun maliyyə dəstəyi ilə “Xəyalımdakı Rəsmlər” adlı layihə uğurla icra edilibGənclər Fondunun maliyyə dəstəyi ilə “Xəyalımdakı Rəsmlər” adlı layihə uğurla icra edilib