Cərimələnən abunəçi “Azercell”i biabır etdi - iki ovuc 3 qəpiklə
22-noy-2016“Xatırlayırsınızsa bir müddət əvvəl Azercell-in məni məhkəməyə verməsi ilə bağlı məlumat vermişdim. Dəyərli hüquqşunaslarla məsləhətləşmədən sonra məhkəmənin yenidən qaldırılmasının bir nəticəsinin olmayacağı qənaətinə gəldim və ödənişi etməyə qərar verdim”. Xezer.info bildirir ki, bu sözləri şirkətin abunəçisi Orxan Kəngərli politika.az-a bildirib. Onun sözlərinə görə, etirazımı bildirməyi də unutmayıb: “85 azn 90 qəpik ödənişin 46 azn-nini əzilmiş və ləkələnmiş 1 manatlıqlar şəklində, 4.14 azn isə çoxluğu 1, 3 və 5 qəpiklərdən ibarət 2 ovuca sığmayacaq qədər qəpik apardım”. Kəngərli ödənişin ardından da bu sözləri söyləyib: "Unutmayın manatlıqlar və qəpiklər Azercell-ə gedəcək. Bu şirkət insanları həm vətəndaş həm də müştəri nöqteyi nəzərindən hüquqlarını kobudcasına pozur. Minlərlə insanın mənəviyyatı ilə oynayırlar. 2013-cü ilin yanvar ayında bağlanan müqavilənin məhkəməsini 3 il 5 aydan sonra keçirmək heç bir əxlaqa və müştəri haqlarına sığmaz. Mənim üçün pul məsələsi əsas deyil. Mən yazılmamış "müştəri- şirkət" ələxüsus insan münasibətlərinin pozulmasını düşündükcə sinirlərim dinc durmur. Onlar bu cür hərəkətlərinə görə zaman gələcək cavab verəcəklər. Görünür 20 ildən artıq işləyən şirkətin başında olanların gözləri doymayıb. Di gedib qəpikləri saysınlar. Bəlkə gözləri doyar”. Deyilənə görə, elə gün yoxdur “Azercell” mobil operator şirkətindən şikayət olmasın. "Azercell” mobil operatorundan şikayətlər səngimək bilmir. Bu şirkətdən narazılıq artıq kütləviləşməyə başlayıb. Ölkənin aparıcı mobil operatorlarından olan "Azercell” abunəçilərini aldatmaqda davam edir. Şirkətin müxtəlif kampaniyalarda, internet tariflərində, danışıq paketlərində yol verdiyi peşəkar fırıldaqlar insanları cana doydurub. Mobil danışıq bazarında hələ də dominantlığını qoruyub saxlayan Azercell şirkətinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən çox yumşaq ölçü götürülür. Hər dəfə nazirlik sözlə kifayətlənir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.