Bu gün:
Xezer.info » Xəbər » Arzu Rəhimovun iki “Qəmlo”su: Səfərbərlik Xidməti “kəndini” kimlər talayır?

Arzu Rəhimovun iki “Qəmlo”su: Səfərbərlik Xidməti “kəndini” kimlər talayır?


Arzu Rəhimovun iki “Qəmlo”su: Səfərbərlik Xidməti “kəndini” kimlər talayır?
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (Səfərbərlik Xidməti) ilə bağlı bir neçə dəfə tənqidi yazılar dərc etmişik. Redaksiyamıza adıçəkilən qurumla bağlı yeni məlumatlar daxil olub. Bu dəfə cumhuriyyet.az-ı məlumatlandıran mənbə Səfərbərlik Xidməti daxiləindəki kadr siyasətinə, mərkəzi aparat daxilindəki münasibətlərə diqqət yetirib.
Səvərbərlik Xidmətində “vatsapp” toplantısı və iki müəmmalı kadr
Mənbəmizin məlumatına əsasən bildirək ki, dünən günorta saatlarında Səfərbərlik xidmətində müəmmalı toplantı keçirilib. Xidmətin mərkəzi aparatının zabit heyətinin iştirakı ilə keçirilən toplantıya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev rəhbərlik edib. Mənbənin cumhuriyyet.az-a verdiyi məlumata görə, toplantıda əsas müzakirə mövzusu mərkəzi aparat işçilərinin internetdən və telefonlarında “vatsapp”dan istifadə edib etmələri olub. Səbəbi heç kimə bəlli olmayan bu yoxlama ilə bağlı birinci müavin olan general əsl müstəntiq kimi sorğu-sual aparıb. Mənbəmizin sözlərinə görə toplantıdan sonra bu internet və “vatsapp” sorğu-sualı ilə bağlı lətifələr də qoşulub.
Xidmətə qarşı irəli sürülən ciddi iradların bir qismi də həyata keçirilən kadr siyasəti ilə bağlıdır. Qeyd etmək lazımdır ki, bu mövzu əslində artıq uzun müddətdir ki, ölkə mətbuatının gündəmindən düşmür. Belə ki, Səfərbərlik Xidmətinin strukturlarında müşahidə edilən sürətli karyera yüksəlişləri bu məsələ ətrafında gərginliyi bir qədər də artırmış olur. Bu kimi hallara misal olaraq, cəmi 10 il əvvəl baş leytenant olan bir zabitin – Abdullayev Zaur Qasım oğlunun hazırda general-mayor rütbəsini, xidmət rəisinin müavini vəzifəsini daşıması, Səfərbərlik Xidmətində müəmmalı şəkildə mərkəzi aparata yüksək vəzifəyə çəkilən polkovnik Şaiq Məmmədovu nümunə göstərmək olar.
Cəmi 10 ilə general olan baş leytenant
İlk öncə hazırda Səfərbərlik Xidmətinin ən sürpriz və müəmmalı kadrı sayılan Z.Abdullayevin karyera yüksəlişi ilə bağlı bəzi məqamları diqqətinizə çatdıraq. Söhbət cəmi 10 il əvvəl baş leytenant olan bir zabitin – Abdullayev Zaur Qasım oğlunun hazırda general-mayor rütbəsini daşımasından gedir. İnternet resurslarında rəsmi tərcümeyi-halı belə tapılmayan Z.Abdullayev haqda cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar nəticəsində əldə etdiyimiz məlumatı olduğu kimi diqqətinizə çatdırırıq: ” Prezident İlham Əliyevin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının təltif edilməsi haqqında 15 avqust 2005-ci il tarixli Fərmanından görünür ki, Zaur Qasım oğlu Abdullayev həmin il baş leytenant rütbəsində DSX-da xidmətdə olub. 7 il sonra – 17 may 2012-ci ildə Z.Abdullayevə polkovnik rütbəsi verilərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini təyin edilib. 2014-cü ildə rəisin birinci müavini təyin edilib, 2015-ci ilin fevral ayında isə çiynindən general-mayor rütbəsi asılıb.
Yəni cəmi 10 il ərzində Zaur Abdullayev baş leytenant rütbəsindən general-mayor rütbəsinədək yüksələ bilib.
Hazırda qüvvədə olan hərbi nizamnaməyə görə, baş leytenant rütbəsindən polkovnik rütbəsinə yüksəlmək üçün Zaur Abdullayevə, nə az-nə çox, düz 22 il vaxt lazım idi! Lakin göründüyü kimi, o, cəmi 10 ilə nəinki polkovnik, hətta general-mayor rütbəsini belə çiynindən asmağa nail olub. Normalda Z.Abdullayevin buna nail olmaq üçün çox ciddi uğurları, hərbi şücaəti, hətta Vətən qarşısında misilsiz xidmətləri və qəhrəmanlıqları olmalı idi (Əgər belə xidmətlər varsa, onları öyrənməyə və oxucularımıza da çatdırmaqdan şad olardıq-R.Ə).
Maraqlıdır, görəsən hörmətli generalımız DSX, Səfərbərlik Xidməti kimi döyüş bölgəsindən uzaq xidmət yerlərində hansı qəhrəmanlıqları edə bilib ki, belə fantastik uğura nail olub? Yoxsa ona da general rütbəsi kiminsə kürəkəni, qardaşı, qardaşı oğlu və ya qudası olduğu üçün ad günü hədiyyəsi kimi verilib?”
Təmir, tikinti və milyonlar…
Mətbuatda yayımlanan çoxsaylı məlumatlarda Səfərbərlik Xidmətinə qarşı irəli sürülən ittihamlardan biri də irimiqyaslı maliyyə maxinasiyaları, dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsi halları ilə bağlıdır. Həmin yazılarda söhbət əlbəttə ki, Səfərbərlik Xidmətinin ehtiyacları üçün ayrılan dövlət vəsaitlərindən gedir. Məsələn, cumhuriyyet.az olaraq bildirək ki, bu məqsədlərə 2016-cı il üçün büdcədən 20 milyon manatdan artıq vəsait ayrılıb. Bu vəsaitin yarıdan çoxu, yəni 10 milyon 452 min manatı ştatda olan işçilərin əmək haqqına nəzərdə tutulub. Ştatdankənar işçilərin əmək haqqı məbləğı isə, 22 min 500 manat qeyd edilib. Lakin mənbənin iddiasına görə, artıq neçə ildir ki Səfərbərlik xidmətinin strukturlarında ştatdan kənar işçilər mövcud deyil. Bu faktı Xidmətin bir neçə rayon şöbəsinin rəhbəri media sorğusuna cavab olaraq da təsdiqləyib. Amma son aldığımız açıqlamada, mənimsənildiyi iddia olunan bu rəqəmlərin əslində aysberqin yalnız görünən hissəsi olduğu vurğulanır. Mənbə bildirir ki, əsil mənimsəmələr Səfərbərlik Xidmətinin rayon şöbələrinin yerləşdikləri binaların təmiri, bərpası və yenidən tikintisi zamanı baş verir. Həm də bu zaman hesab artıq nə on, nə də yüz min manatlarla deyil, milyonlarla aparılır. Keçək yenə də bizə təqdim olunan faktlara. Mənbə iddia edir ki, sonuncu dəfə Səfərbərlik Xidmətinin Ağsu rayon şöbəsinin yerləşdiyi binanın təmirinə dövlət vəsaitlərindən 3 milyon manat pul ayrılıb. Əvvəllər Miqrasiya Xidmətinin müvafiq idarəsinin yerləşdiyi bu binanı görənlər yaxşı bilirlər ki, onun bəlkə də bütövlükdə qiyməti bu məbləğdən xeyli aşağı olar. Həmin binanın təmirinə 3 milyon manatın xərclənməsi isə, ümumiyyətlə absurd bir iddiadır. Bəs görəsən bu uyğunsuzluğu hər halda rəsmi hesabatlara salmağı bacaran şəxs kimdir? Əlbəttə ki, yenə də Zaur Abdullayev. Mənbə bildirir ki, rayon şöbələrinin təmir-tikinti işlərinin kurasiyası da məhz bu Xidmət rəisi müavininin səlahiyyətindədir. Həm də açıqlamaya görə, smeta xərclərinin bir neçə dəfə şişirdilməsindən başqa, real görülən işlərin də böyük bir qisminin xərcləri Zaur Abdullayevin təkidi ilə şöbə rəislərinin özləri tərəfindən ödənilir. Nəticədə, ayrılan dövlət vəsaitlərinin 70-80%-nə qədəri mənimsənilir. Əlavə olaraq mənbə bildirir ki, Səfərbərlik Xidmətinin Sumqayıt şəhər şöbəsinin təmirinə yenə də 3 milyon manat, Bakı şəhəri, Nizami rayon şöbəsinə isə, həmin məqsədlər üçün 5 milyon manat vəsait ayrılmışdır.
Bir polkovnikin xilası və ya beş barmaqla verilən işarə
Səfərbərlik Xidmətinin digər müəmmalı kadrı polkovnik-leytenant Məmmədov Şaiq Bilman oğludur. Bildirək ki, Ş.Məmmədov indi tutduğu vəzifədən öncə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin rəisi postunda olub. Şəmkir “kommissarı” olarkən Şaiq Məmmədovun fəaliyyəti hərbi prokurorluq tərəfindən yoxlanılıb və onun işində xeyli qüsurlar aşkarlanıb. Mənbənin bildirdiyinə görə hətta həmin dönəmdə Ş.Məmmədov haqda cinayət işi qaldırılmalıymış , amma hansısa sehirli əl onu xilas edib və hərbi prokurorluğun ifşa etdiyi zabit Səfərbərlik Xidmətində baş idarəyə yüksək vəzifəyə gətirilib. Amma Ş.Məmmədovu uçurumdan zirvəyə yüksəldən sehirli əl bununla kifayətlənmək niyyətində deyil. Bununla bağlı cumhuriyyet.az-ı məlumatlandıran mənbənin sözlərinə görə bu prosesdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin rəisi xüsusi rol oynayır. Mənbəmiz Ş.Məmmədov bir müddət öncə yüksək vəzifə və vaxtından əvvəl rütbə veriləcəyi haqda vəd aldığını da bildirib: “Bu haqda özü bir qəbuldan çxandan sonra şəxsən danışıb. Deyib ki, mənə bir əlin beş barmaqların göstərib 5 rəqəmini nişan verdi və dedi ki, get hazırlaş…”
Gizli görəv: “Qəmlo” statusu
Bunu da qeyd edək ki, Zaur Abdullayevin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini olaraq, konkret hansı funksiyaları icra etdiyinə dair də əlimizdə kifayət qədər ilginc açıqlamar var. Bu məlumatlarda Zaur Abdullayevin Səfərbərlik Xidmətinin rayon şöbələrinin rəhbərləri ilə hansı müstəvidə münasibətlər qurmasından, bu münasibətin tələblərinə cavab verməyən şöbələrə qəfil göndərilən yoxlamalardan, rayon şöbələrinin yerləşdikləri binaların təmir-tikinti işlərinə ayrılan milyonlarla (!) manat vəsaitlərin necə xərclənməsindən və bir çox digər maraqlı məqamlardan ətraflı bəhs olunur. Lakin bu, artıq tamamilə başqa bir araşdırma üçün mövzudur və bütün bunlar barədə növbəti sayımızda dərc edəcəyimiz yazıda ətraflı bəhs olunacaq. Amma həm Z.Abdullayev, həm də Ş.Məmmədov Səfərbərlik Xidmətində rəisin əsas “cəza adamları” – “Qəmlo”su kimi tanınır. Daxili Təhqiqatlar İdarəsinin rəisi Yunis Əsgərov ifşa olunduqdan sonra bütün əməliyyatlar bu iki kadrın vasitəsi ilə həyata keçirikir. Həmin əməliyyatların təfərrüatları haqda isə növbəti yazımızda…