Bu gün:
Xezer.info » Bu gün » Astara təhsilində ŞOK korrupsiya faktları - RTŞ müdürü qanun tanımır - ŞİKAYƏT

Astara təhsilində ŞOK korrupsiya faktları - RTŞ müdürü qanun tanımır - ŞİKAYƏT


Astara təhsilində ŞOK korrupsiya faktları - RTŞ müdürü qanun tanımır - ŞİKAYƏT
Teref.info olaraq poçtumuza daxil olan bu şikayət məktubunun nöqtə və vergülünə əl dəymədən sizə təqdim edirik:
Salam hörmətli redaksiya. Astara Təhsil şöbə müdirinin qanunsuz əməlləri barədə dəfələrlə dövlət orqanlarına müraciət etsəmdə müraciətlərim baxılmamış qaldı.Xahiş edirəm Cinayət Prosessual Qanunvericiliyin tələblərinə əsasən müraciətimin Respublika Baş Prokururluğa göndərilməsinin təmin edin. Bəlkədə müraciətlərim Sizə bezikdirici və can sıxıcı görünəcəkdir. Amma müraciətim mənim şəxsi problemimlə bağlı deyil, dövlət əmlakının və pulunun qanunsuz yerə xərclənməsi və israf edilməsi ilə bağlıdır.Yani bütün bunlar mənim Azərbaycan Respublikası Prezidentinin korrupsiyaya qarşı apardığı mübarizəyə dəstək hissimdən irəli gəlir. Əgər mən səhv edirəmsə qanun qarşısında cavab verməyə hazıram.Təki bilim ki, doğurdanda Astara Təhsil şöbə müdiri bu kimi qanunsuzluqlara yol verib ya yox.Axı mənim bir vətəndaş kimi buna ixtiyarım var.Prezidentimi sevən bir insan kimi ona korrupsiyaya qarşı mübarizədə dəstək vermək mənəvi borcumdur.

Mənə məlum olan faktların “Korrupsiyaya qarşı mübarizə” haqqında Azərbaycan Respublikasının Qanunun 9.3-cü maddəsinin tələblərinə (Vəzifəli şəxsin aşağıdakı hərəkətləri korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılır) uyğun gəldiyini və korrupsiya cinayəti ola biləcəyini yəgin edib aşağıda qeyd olunanları təkrarən baxılması və qanuna müvafiq tədbir görülməsi üçün Sizə göndərirəm.
Astara rayon Təhsil şöbəsinin Qızbəs Məmmədova tərəfindən 2004-2013-cü il tarixlərdə Təhsil şöbəsinin balansında olan istismara yararsız VAZ -2104 markalı avtomobilə sürücü əmrləşdirilmiş, həmin avtomobil texniki baxışdan kecmədiyi halda yanacaq və ehtiyat hissələri silinmişdir.Hal-hazırda məktəblərin əksəriyyətində psixoloq ixtisası üzrə dərslər baza təhsili olmayan müəllimlər tərəfindən keçirilir.
2011-ci ildən bugünədək Təhsil Nazirliyindən test imtahanlarından keçməyən 200-dən çox şəxs Qızbəs Məmmədova tərəfindən bilik səviyyələri yoxlanılmadan işə qəbul edilib. Sual olunur nəyə görə və hansı məqsədlə? Daha sonra şikayətçi teref.info-ya yazır, nəyə görə sualını Qızbəs Məmmədovadan başqa heç kim bilməz. Amma məqsəd gələcəkdə savadsız vətəndaş yetişdirməkdir.
Rəhbərlik etdiyi müddət ərzində 25 nəfər ali təhsili və rütbəsi olmayan şəxs hərbi müəllim kimi işə qəbul olunmuşdur.
Rəhbərlik etiyi müxtəlif illərdə təcrübəli müəllimlərin əvəzinə pedoqoji stajı olmayan şəxsləri birbaşa rayon Təhsil şöbəsinə metodist vəzifələrinə təyin olunmuşdur. 2006-cı il tarixdən 2013-cü il tarixədək Qızbəs Məmmədovanın yaratdığı "Uşaq fonduna" hər ay müəllimlərin əməkhaqqı məvacibinin 1 faizi tutulmuşdur Həmin fonda toplanan pulun taleyi isə yaradıldıı kimi qaranlıq qalır.
Qızbəs Məmmədova rəhbərlik etdiyi müddət ərzində təhsil işçilərinin Azad Həmkarlar komitəsinə öz maddi maraqları naminə məktublar yazaraq külli miqdarda pul vəsaitini qanunsuz olaraq xərcləmişdir.
Qızbəs Məmmədo 2016-cı ilin avqust aylarında rəhbərlik adından istifadə edərək 10 nəfər rayon təhsil şöbəsinin işcilərindən və məktəb direktorlarından onun maddi maraqlarına cavab vermədiyi üçün "könüllü" ərizə alaraq işdən azad etmişdir.
Astara bulvarında "Yelkən"kafesinin sahibi olan bu vəzifəli şəxs oranı işlədən şəxsidə mükafatsız qoymayıb rayon məktəblərin birinə ibtidai herbi hazırlıq üçün rəhbər təyin edib.
Rayon məktəblərinin təmirinə ayrılan vəsaiti müxtəlif illərdə necə gəldi xərcləyən Qızbəs müəllimə smeta dəyərini şişirtməkdən belə çəkinməyib. Bunun üçün güya ki, təmir edilmiş Astara rayon Şiyəkəran kənd 1 nömrəli məktəbin acınacaqlı vəziyyətinə baxmaq yetər
2015-ci il tarixdə Astara rayon Şiyəkəran kəndində quraşdırılmış 4500 manattıq Linqafon labaratoriyası niyə quraşdırıldı və niyə aktla geri götürüldüyünü Qızbəs Məmmədovadan başqa heç kim bilir.
Qızbəs Məmmədova tərəfindən rayon məktəblərinə alınmş avadanlıqların qiymətində 5-6 qat şişirdilmələrə yol verilir. Belə ki, kimya labaratoriyasına alınan bir partanın qiyməti 1700 manat, bir şkafın qiyməti 400 manat qiymətləndirilmişdir.
2011-2015-ci il tarixlərdə məktəblərə verilən idman geyimləri orginal kimi sənədlərdə öz əksini tapsada əslində Çin istehsalı olan əmlaklar məktəblərə verilmişdir.
Hörmətli redaksiya, Sizdən xahiş edirəm ki, mənim məktubumu bir daha baxılması üçün Təhsil Nazirliyinə göndərilməsin. Çünki məndə elə təəsürat yaranır ki, məktublarım Təhsil Nazirinə və onun müavinlərinə təqdim edilmir.Çünki Baş Prokurorluğa dəfələrlə göndərdiyim müraciətlər Təhsil Nazirliyinə göndəriləsədə onlar tərəfindən məni qane edəcək cavab verilməmişdir.Həmin faktların araşdırılması Təhsil Nazirliyinə həvalə olunsada heç bir araşdırma aparılmamışdır. Ən təəcüblü hal odur ki, Təhsil Nazirliyinin insan resursları şöbə müdiri əvəzi cənab Eşqi Bağırov "Vətəndaşların müraciətlərinə baxılması haqqında" Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin tələblərinə zidd olaraq mənim şikayət məktubumu şikayət etdiyim vəzifəli şəxsin yəni Qızbəs Məmmədovanın icraatına göndərib. Halbuki “Vətəndaşların müraciətlərinə baxılması qaydası” haqqında Azərbaycan Respublikasının Qanunun Maddə 10-1-ci maddəsində korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə baxılmasının xüsusiyyətləri göstərilmiş və qeyd olunmuşdur ki,müraciət üzrə xidməti araşdırma aparılmalı, 20 gün müddətinə başa çatdırılmalı, lazım gəldiyi halda 10 gün müddətinə uzadilmaya yol verildiyi,cinayət məsuliyyətinin olub-olmamasından asılı olmayaraq hansı qərarların qəbul edilməsi qaydaları və qəbul edilmiş qərar haqqında müraciət etmiş şəxsə əsaslandırılmış cavab verilməklə, ona həmin qərardan şikayət vermək hüququ izah edilir. Açıq şəkildə görünür ki, Təhsil Nazirliyinin səlahiyyətli şəxsi bu qaydaların heç birinə riayət etməmişdir. Şikayətçi teref.infoya yazır, cəzasız qalan Qızbəs Məmmədova 20 oktyabr 2016-cı il tarixdə ondan şikayət etdiyim üçün məni Astara rayon məhkəməsinə verdi və mənə qarşı 5000 manat iddia irəli sürdü. Ən maraqlı hallardan biridə budur ki, Qızbəs Məmmədova məhkəməyə təqdim etdiyi və mülki qaydada mübahisələndirdiyi sənədlərdən biri Təhsil Nazirliyinin səlahiyyətlisi Eşqi Bağırovun ona tədbir görülməsi üçün göndərdiyi şikayət ərizəm oldu. “Vətəndaşların müraciətlərinə baxılması qaydası” haqqında Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsində göstərilmişdir ki, vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması üçün müəyyən edilmiş qaydanı pozmaqda, habelə təkliflər, şikayətlər verməklə əlaqədar olaraq, yaxud onlardakı tənqidə görə vətəndaşları təqib etməkdə təqsiri olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq olaraq intizam, mülki-hüquq və cinayət məsuliyyəti daşıyırlar.Mən bir vicdanlı bir vətəndaş kimi öz vəzifəmi yerinə yetirmişəm, heç kimin şərəf və ləyaqətini alçaltmamışam. Göstərdiyim faktların korrupsiya araşdırma predmeti olduğu halda hansı əsaslarla mən məhkəmə qarşısında cavab verməliyəm? Axı “Korrupsiyaya qarşı mübarizə” haqqında Azərbaycan Respublikasının Qanunun 11.2-ci maddəsinin tələblərinə əsasən mənim və ailə üzvlərimin dövlət tərəfindən təhlükəsizliyim təmin olunmalı və təzyiqlərdən qorunmalıyam. Çünki Qızbəs Məmmədovanın mənə qarşı verdiyi məhkəmə iddiasını təzyiq kimi qəbul edirəm. Bütün bunlar bu məlumatı əldə etdiyim insanların aşkara çıxarılaraq təqib olunmasına, sübutların aradan qaldırılmasına və sonda mənim həbsimə nail olmağa hesablanmış təhlükəli planın tərkib hissəsidir.Xahiş edirəm ki, çüraciətimə etinasız yanaümayasız.
Hörmətlə, Həsənov Rəşad Əlövsət oğlu