Ölkə dağılır, Kamaləddin Qafurov “ağzına su alıb” oturub - Fakt
19-noy-2016Milli Məclisin bir deputatı var - Kamaləddin Qafurov. Onun barəsində eşidən-duyan olmayıb. Deputat parlamentdə ağzını aıb bir kəlmə danışmayıb.
Politika.Az-ın məlumatına görə, Azərbaycanın siyasi-iqtisadi həyatı qaynar qazan kimi olduğu vaxtda K.Qafurov özünü Mozambikin deputatı kimi aparır. Millət vəkilinin işi MM-də müxtəlif mövzularda çıxış etməkdir, məsələlər qaldırmaqdır.
Adıçəkilən deputatı isə bir rəyini bilmək mümkün olmayıb. Kəmaləddin Qafarov deputat seçildiyi 1 il ərzində bu şəxs ümumiyyətlə mətbuatdan kənar qala bilib.
Belə ki, dünyanın ən məşhur axtarış sistemi olan “google”də Kəmaləddin Qafarov adını yazdığımız çox az sayda nəticə çıxır ki, bunun da 90 faizi parlament seçkiləri ərəfəsinə təsadüf edir.
Belə deputatlardan biri də 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən deputat seçkilən Kəmaləddin Qafarovdur. Binəqədi kimi paytaxtın ən qaynar rayonlarından birində deputat olan Qafurov sanki ucqar dağ kəndindən seçilib.
Onun nə yağış fəlakəti ilə bağlı Binəqədidəki rüsvayçılıq haqda çıxışı var, nə rayon sakinlərinin şikayətinə reaksiyası, nə də yanan bina və digər hadisələr barədə mövqeyini görmək olar.
Yerli sakinlər və seçicilər də deputatını tanımır. Onların sözərinə görə, Qafurovun üzünü görməyiblər. Eləcə də parlamentdə həmkarlarının bir çoxu onu tanımır. Sözügedən deputation mandat almasının sirri də bəlli deyil.
Politika.Az-ın məlumatına görə, Qafurovun son 1 ildə yalnız 1 açıqlaması çıxıb, o da hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytında.
Deputat referendumla bağlı kiçik açıqlama verib və konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin mütərəqqi xarakter daşıdığını deyib. Bu baxımdan Qafarovu 5-ci çağırış seçkilərinin ən passiv deputatı adlandırmaq olur.
Deputatın biznes şəbəkəsi olduğuna görə, o gözdən uzaq gəzməyə çalışır. Bakıda fəaliyyət göstərən məşhur aptek şəbəkələrindən biri deputatın nəzarətindədir və deputatın başı ona görə qarışıqdır.
Parlamentarilər müxtəlif məsələlərə münasibət bildirir: bank sektoru, manatın taleyi, beynəlxalq təşkilatların ölkəmizlə əlaqələri, Qarabağ problemi və s. aktual mövzular ətrafında fikirlərini açıqlayır.
Amma bu çıxışların heç birində Qafurovu görmək mümkün deyil. Hətta bu millət vəkili barədə vikipediyada əməlli-başlı, dürüst bir informasiya da yerləşdirilməyib.