Bu gün:
Xezer.info » Siyasət » Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.


Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
17 noyabr 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatı və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar YAP Nərimanov rayon təşkilatının inzibati binasının foyesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.

YAP rayon təşkilatı və Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ziyalılar və fəal gənclərin qatıldığı tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev YAP-nın Azərbaycanın aparıcı siyasi qüvvəsi oluğunu qeyd edib, onun yaradılmasını isə tarixi zərurətdən doğmuş, böyük tarixi hadisə kimi dəyərləndirib. T.Tağıyev YAP və onun böyük lideri, Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürərək, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycanın təməlini qoyduğunu, olduqca çətin bir şəraitdə yaranmış bu partiyanın çox qısa bir müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə vicdanlı və əqidəli insanın onun sıralarında birləşməsinin Heydər Əliyev fenomeninin, dühasının misilsiz qüdrətindən xəbər verdiyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ideyalarını, uğurlu daxili və xarici siyasətini inamla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin əzmkar fəaliyyətinin Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsini təmin etməklə yanaşı, günü-gündən sıraları durmadan genişlənən YAP-nın cəmiyyətdəki alternativsiz qüvvə statusunu möhkəmləndirdiyini vurğulayaraq, onun güclü siyasi partiya kimi özünü təsdiqləməsini dövlətimizin başçısının yüksək liderlik keyfiyyətləri, böyük səriştəsi və zəngin təcrübəsi ilə şərtləndiyini söyləyib.

Natiq, qədirbilən Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyev siyasi kursunu ölkənin davamlı inkişafının, bundan sonrakı uğurlarının, təminatlı gələcəyinin mühüm şərti olaraq dəyərləndirdiyini, dövlətimizin başçısının qeyd etdiyi kimi, hər bir partiya üzvünün dahi rəhbərin ali ideallarını, müqəddəs arzularını gerçəkləşdirmək üçün əlindən gələni etməli, dövlətçiliyimizin inkişafına və tərəqqisinə daim xidmət göstərməli olduğununun bildirib.

Milli Məclisin deputati Hikmət Məmmədov çıxışında YAP-nın böyük çətinliklərə sinə gərərək həyata keçirdiyi uğurlu siyasətlə xalqın partiyası imicini qazanaraq öz adında böyük bir mənanı, məqsədi birləşdirdiyini söyləyərək, Ümummilli Lider Heydər Əliyevin və onun ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində aparılan ardıcıl və köklü islahatların, yürüdülən daxili və xarici siyasətin xalqımızın rifah halının daha da
Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

yaxşılaşmasına, dövlətçiliyimizi daha da möhkəmləndirilməsinə zəmin yaratdığını diqqətə çatdırıb.

Digər çıxış edənlər partiyanın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələr reallaşdırmasının, gəncləri dövlətçilik və milli maraqlar ətrafında sıx birləşdirməsinin onun tərəfdarlarının sayının artmasına səbəb olduğunu, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dünyanın lider dövlətinə çevrildiyini xüsusilə vurğulayıblar.

Tədbirdə həmçinin, 1988-ci ilin noyabrın 17-də Sovet imperiyasının xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan xalqının bir yumruq kimi birləşdiyi və bunun milli azadlıq hərəkatı kimi dəyərləndirildiyi diqqətə çatdırılaraq, Azərbaycanın müstəqilliyinin yenidən bərpa olunmasında bu amilin mühüm rolu olduğu vurğulanıb.

Tədbirin yekununda YAP-nın 24-cü ildönümü münasibəti ilə, partiya və Nərimanov rayonunun ictimai-siyasi həyatında göstərdiyi xidmətlərinə görə fərqlənmiş şəxslərə YAP Nərimanov rayon təşkilatının fəxri fərmanları və hədiyyələr təqdim edilib.

Mükafat və hədiyyələrin təqdimatından sonra partiya sıralarına yeni qəbul olunmuş üzvlərə partiyanın vəsiqələri təqdim edilib.