Bu gün:
Xezer.info » Bu gün » Talehsiz qadının uşağını necə oğurlayıblar - Binəqədi məhkəməsinin hakimi qadının xəbəri olmadan onu boşayıb ŞOK 2- ci yazı

Talehsiz qadının uşağını necə oğurlayıblar - Binəqədi məhkəməsinin hakimi qadının xəbəri olmadan onu boşayıb ŞOK 2- ci yazı


Talehsiz qadının uşağını necə oğurlayıblar - Binəqədi məhkəməsinin hakimi qadının xəbəri olmadan onu boşayıb ŞOK 2- ci yazı
Teref.info olaraq bizə müraciət edən Abasova Lamiyə Əli qızının başına gələn hadisələri araşdırmaq qərarına gəldik. Talehsiz qadın uşaq vaxtı ərə veriulib, əri və qohumları tərəfindən döyülüb təhqir edilib, uşağını başını aldadaraq oğurlayıblar. Bu bəs deyilmiş kimi mBinəqədi məhkəməsinin hakimi tam bir qanunsuzluğa imza ataraq Lamiyənin özünün xəbəri olmadan onu birtərəfli boşamışdır. G\lən saylarımızda bu hakimon adını və Lamiyənin ərinin, onun arxasında dayananların cinayətləriundən bəhs edəcəyik. Abasova Lamiyə bizə danışdıqlarından:
Soruşdum dedi qayıdıblar Bakıya. Ağladım, məni təzədən döyüb şəxsiyyət vəsiqəmi əlimdən alıb gizlətdi, özümü də həmişəki kimi ölümlə hədələdi. Bu dəfə də oğlumu əlimdən almaqla hədələdi. Sonra sakitləşdirmək üçün yalançı vədlər verdi yenə. Guya Bakıya qayıdacağıq, qızımı mənə göstərəcəklər.
Yadıma düşmüşkən onu da deyib Dəmiryol xəstəxanasında Nəcibə adlı xanım işləyirdi. Onun əliylə qızımın adına saxta sənəd çıxardılar. Guya qızımı Ema dünyaya gətirib. Nəcibə indi dünyasını dəyişib. Onunla haqq-hesabı indi allah aparır. İndidə arxivə baxsaz görəcəksiniz Səmanın anası mənəm. İorda işləyən İpək xanım indi sağdır. Onun verdiyi sənədi cırıb saxta sənəd hazırladılar.
Mən qızıma 3-4 ay süd vermişəm. Avqustun 28 Səmanı mən dünyaya gətirmişəm. Bunlar isə, uşağın doğum tarixini sentyabra salıblar.
Sonra ərim şərt kəsdi ki, ananla əlaqəni tamam kəsirsən,sənə dil verir. Halbu ki, anam mənə deyirdi getmisən, döz otur. Hamı dözür. Atam da dedi ki, ərin mənim bacımın oğludur. Bacımın oğluyla, bacımla düşmən ola bilmərəm. Ya oturacaqsan,ya da səni övladlıqdan siləcəyik. Atamgil də mənim arxamda dayanmadılar. 2011- ci ildə oğlumu da götürüb anamgilə gəldim. İbadəti məhkəməyə verdim. İbadət onu məhkəməyə verəcəyimi gözləmirdi.
Böyük oğlum dünyaya gələndə on səkkiz yaşım tamam olduğu üçün nigaha düşmüşdük. Vəkilim İbadətə zən edib, boşanmaq üçün məhkəməyə verdiyimi xəbər edəndə yoldaşım atamla danışdı. And içdi ki, qızımızı da qaytaracaq, Lamiyəyə güldən ağır söz də deməyəcəm. İndiyəcən səhv etmişəm. Bundan sonra qızını xoşbəxt edəcəm.
Atam həmişəki kimi arxamda dayanmadı. Məni İbadətlə Moskva şəhərinə göndərdi. İbadət orda mənə kirayə ev tutdu. Məni də, uşaqları da da evdə dustaq etdi, özüdə qayıdıb Azərbaycana.İki ayda bir dəfə bu adam maraqlanmadı ki, sağıq, yoxsa ölmüşük.
Evin sahib sahibi rus kirayəni vermədiyimiz üçün bizi qovdu evdən.
Sonra Vorovski qəsəbəsində torpaqlar satıldı. Yoldaşım o torpaqları satın aldı. Atamın köməkliyi ilə üçmərtəbəli mülk tikdi.
2013-cü ildə atamgil bilet pulumu göndərdi, gəldim Azərbaycana. İbadət mənə dedi ki, mən ərizə vermişəm, səni boşayıram. Vorovskidəki mülkümüzə gələndən sonra bilmişəm ki, evi məndən xəbərsiz satıbdır. Ev yoldaşım İbadətin adına idi.
Ev Allahşükürün müavini Xanəliyə satılıb. Guya torpağın da sənədi qaynım Hacıbalanın adına olub. And içdim ki, ev də, torpaq da mənim olub. Nə olsun? Anda kim inanır ki? Amma neçə illik qonşularım dedilər ki, biz şahid durarıq, bu mülkdə mən yaşamışam.
Qısası, pal-paltarlarımı, mebellərim hara yoxa çıxdı, xəbərim olmadı.
2013-cü ildə mənim xəbərim olmadan məni birtərəfli boşadı.
Ardı var
Gələn saylarımızda Binəqədi rayon məhkəməsində bu qadına qarşı ağlasığmaz qanunsuzluqlardan söhbət açaraq Lamiyənin həyatında baş verən hadisələri araşdıracayıq!
Bizi izləyin
Lamiyənin özünün xəbəri olmadan Binəqədi rayonunda hansı hakim və necə onu boşayıb?
Qaynı Hacıbalaya uşağı anasından xəbərsiz verilmiş Lamiyənin sonrakı taleyi.
Əri Abasov İbadət ailəyə məxsus olan torpaq sahəsində 3 mərtəbəli mülkü necə Lamiyəsiz satıb?
Nərimanov rayonunda Ağa Nemətulla küçəsində tikilən göydələnlər kimin torpağının üstündə tikilib?
Bunəqədi rayon məhkməsi nədən bir ananın mal mülkünə sahib çıxmasını əngəlləyir?
Abasova Lamiyə niyə və kim tərəflərindən hədələnir?
Teref.info