Bu gün:
Xezer.info » Dünya » Rusiyada təyyarə qəzaya düşdü - Pilot öldü

Rusiyada təyyarə qəzaya düşdü - Pilot öldü


Rusiyada təyyarə qəzaya düşdü - Pilot öldü
Rusiyada təyyarə qəzası baş verib.

“Xezer.info” Rusiya KİV-ə istinadən xəbər verir ki, məlumatı ölkənin Müdafiə Nazirliyi təsdiqləyib. Bildirilir ki, bu gün yerli vaxtla saat 10:25-də Moskvada planlı uçuş həyata keçirən SU-27 təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində pilot dünyasını dəyişib.

Rusiya MN-i onu da qeyd edib ki, təyyarə döyüş komplekti olmadan uçuş yerinə yetirirdi.