Senator Makkeyndən Trampa sərt Rusiya xəbərdarlığı
16-noy-2016Silahlı qüvvələrin işi üzrə senat komitəsinin sədri Con Makkeyn Moskvanın Suriyadakı fəaliyyəti ilə bağlı bəyanatla çıxış edib.
“Vladimir Putin İdlib və Xolms əyalətlərinə kütləvi raket və hava zərbələrini bərpa edərək Bəşər Əsədin Suriya xalqına qarşı barbar müharibəsinə yenidən qoşulub. Tezliklə Hələbə daha bir zorakı hücum həyata keçirilə bilər.”
“ABŞ-da prezident dəyişikliyinin getdiyi ərəfədə Vladimir Putin son günlər deyib ki, ABŞ-la münasibətləri yaxşılaşdırmaq istəyir. Ölkəsini tiraniyaya sürükləmiş, siyasi rəqiblərini öldürmüş, qonşu ölkələrin ərazilərinə soxulmuş, Amerikanın tərəfdaşlarını təhdid etmiş KQB-nin keçmiş agentinin bəyanatına əvvəlki sözlərinə nə qədər inanmışıqsa, o qədər inanmalıyıq.”
“Sonuncu dəfə Obama adminstrasiyasının münasibətləri yenidən nəzərdən keçirmək cəhdi Putinin Ukraynanı istilasına və Yaxın Şərqdəki konfliktə silahlı müdaxiləsinə səbəb olub, – Con Makkeyn xatırladıb. – Növbəti belə bir addım Putin və Əsədin törətdiyi Suriya vətəndaşlarının qətliamında iştirak deməkdir. Bu ölkəmiz üçün qəbul edilməzdir. “Amerika yanlız tiraniyalarla mübarizə edərək öz böyüklüyünü qoruya bilər”.