Bu gün:
Xezer.info » Bu gün » Dövlət Aqrar Universitetinin fəaliyyəti ən incə detallarınadək araşdırılmalıdır

Dövlət Aqrar Universitetinin fəaliyyəti ən incə detallarınadək araşdırılmalıdır


Dövlət Aqrar Universitetinin fəaliyyəti ən incə detallarınadək araşdırılmalıdır
İbrahim Cəfərov Milli Elmlər Akademiyasının prezidenti postuna iddialıdır Rektor dairə seçki komissiyasının sədri olduğu zaman onun xanım işçilərindən biri nədən intihar edib? Ölkənin ikinci ən böyük şəhəri olan Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti və onun rektoru İbrahim Cəfərovla bağlı son zamanlar bir sıra xoşagəlməz informasiyalar dolaşmaqdadır. Belə ki, adıçəkilən təhsil müəssisəsinin rəhbərinin ciddi neqativ hallara, çoxsaylı nöqsanlara rəvac verdiyini iddia edən məlumatlı şəxsin Gundelik-Baku.com-la bölüşdüyü bilgilərdə deyilir ki, İbrahim Cəfərovun gəlişindən sonra Azərbaycan Dövlət Aqrar Universiteti bir xeyli gəriləyib. İbrahim Cəfərovun himayədarlarına arxalanaraq sözügedən universiteti özünün «qayda»ları ilə idarə etdiyini vurğulayan mənbənin sözlərinə görə, rektor Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadənin postuna keçməkdən ötrü əlaqələrini işə salmağa başlayıb, bəzi nüfuzlu şəxslərə minnətçi düşüb: «Deyilənlərə görə, Dövlət Aqrar Universitetinin rektoru yeni vəzifə iddiasındadır. Belə ki, o, nəyin bahasına olursa-olsun Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti postuna təyinat almağa çalışır. Bildirilir ki, İbrahim Cəfərov bunun üçün irəli sürülən bütün «şərt»lərə əməl etmək iqtidarında olduğunu bəyan edib. Buna baxmayaraq, rektora hələlik müsbət cavab verilməyib. Odur ki, hazırda İbrahim Cəfərov gözləmə mövqeyindədir». Bu arada, Dövlət Aqrar Universitetində struktur bölmə kimi tədris-təcrübə təsərrüfatı, tədris, elm, kadrlar, tələbə, ümumi, redaksiya-nəşriyyat, informasiya texnologiyaları və innovasiya, beynəlxalq əlaqələr, qiyabi təhsil, təcrübə və işədüzəltmə şöbələri, arxiv, elm, təhsil və cümhuriyyət muzeyi, 2 sahəvi elmi-tədqiqat laboratoriya, magistr hazırlığı, distant və əlavə təhsil mərkəzləri, kitabxana, mətbəə və «Aqrar mütəxəssis» qəzetinin redaksiyası, 7 fakültə (aqronomluq, aqrotexnologiya, baytarlıq təbabəti və zoomühəndislik, mühəndislik, elektroenergetika və informasiya texnologiyaları, aqrar iqtisadiyyat, aqrobiznes və idarəetmə) və 30 kafedranın fəaliyyət göstərdiyini bildirən məlumatlı şəxs qeyd edir ki, İbrahim Cəfərov rəhbərlik etdiyi ali təhsil müəssisəsində olduqca qəribə sistem yaradıb: «Deyilənlərə görə, Dövlət Aqrar Universitetinin tələbələri bu təhsil ocağında semestr imtahanları zamanı əlavə xərcə düşdüklərini iddia edirlər. Bundan başqa, bəzi ələbələr ildə bir dəfə unversitetə təşrif buyurur və onlar rəhbərliyə illik «təşəkkür»ü edirlər. Hələ bu, harasıdır. Bildirilir ki, Dövlət Aqrar Unversitetinin bir sıra tələbələri testdənkənar qəbul olunublar. Belə ki, deyilənlərə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının test imtahanlarından keçə bilməyən bir çox tələbələr unversitetin vakant yerlərinə daxili imtahan adı altında qəbul olunurlar. Qeyd olunur ki, universitetin daxili imtahanı formal xarakter daşıyır və sadəcə, tələbə qəbulunu qanuniləşdirmək məqsədi ilə yaradılıb. Elə məhz bu səbəbdən də İbrahim Cəfərov rəhbərlik etdiyi ali təhsil müəssisəsindəki diplomların həqiqiliyi, o cümlədən rektorun və ətrafındakı bəzi rəhbər şəxslərin fəaliyyəti müvafiq dövlət qurumları tərəfindən ən incə detallarınadək yoxlanılmalıdır». Onu da nəzərinizə çatdıraq ki, əldə etdiyimiz məlumatlara görə, Dövlət Aqrar Universitetinin rektoru eks-spiker Rəsul Quliyevlə sıcaq münasibətlərə malikdir. Belə ki, İbrahim Cəfərovun Rəsul Quliyevin fəal tərəfdarı olduğunu iddia edən mənbənin sözlərinə görə, Dövlət Aqrar Universitetinin rektoru əlinə düşən hər fürsətdən istifadə edib eks-spikeri müdafiə edir, hər zaman ona sadiq olacağını vurğulayır: «Yeri gəlmişkən, bir məqamı da qeyd edim ki, İbrahim Cəfərov dairə seçki komissiyasının sədri olduğu zaman onun işçisi olan xanımlardan biri intihar edib. Deyilənlərə görə, intihardan öncə həmin qadın başına belə bir işin gəlməsinin səbəbkarı kimi, rektoru günahkar qismində göstərib. Qeyd olunur ki, bununla bağlı xəbər ortaya çıxdıqdan dərhal sonra hərəkətə keçən İbrahim Cəfərov onu mediadan yığışdırıb. Hadisə isə 2012-ci ilin 22 noyabrında baş verib. Rəsmi məlumata görə, hadisə Gəncənin Nizami rayonu, Gülüstan qəsəbəsi, ev 48, mənzil 6 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 33 yaşlı Elnurə Orucova sirkə turşusu içərək özünü öldürüb. Onun özünə qəsd etməsinin səbəblərinin məlum olmadığı vurğulanıb. Polisdən həmçinin bildirilib ki, Elnurə Orucova Gəncədə yerləşən dairə seçki komissiyalarının birində çalışıb. Deyilənlərə görə, həmin vaxtdan indiyə qədər ortada olan intihar məktubundan heç bir xəbər yoxdur. Bildirilir ki, Dövlət Aqrar Universitetinin rektoru məhz bu məsələ ilə əlaqədar bir çox şəxslərə «təşəkkür» etməli olub».