Bu gün:
Xezer.info » Siyasət » Gəncə Təhsil İdarəsinin rəisi orta məktəblərə haqq qoyub

Gəncə Təhsil İdarəsinin rəisi orta məktəblərə haqq qoyub


Gəncə Təhsil İdarəsinin rəisi orta məktəblərə haqq qoyub
Gəncədən daxil olan məlumatlarda bildirilir ki, şəhər Təhsil idarəsinin rəisi Zakir Hüseynov orta məktəb direktorlarına haqq qoyub. Belə ki, Zakir Hüseynov direktorları yanına çağıraraq hər ay ona 1000-2000 manat arasında rüşvət verməyi tələb edir. Təhsil İdarəsinin rəisinin qanunsuz tələbinə etiraz edən direktorlara – "Bu qərar icra başçısı Elmar Vəliyevin qərarıdır kim icra etməsə cəzalandırılacaq” – cavabı verilir

Məsələ ilə bağlı araşdırma apardıq. Məlum olub ki, Gəncə şəhər Təhsil idarəsinin rəisi əvvələrdə orta məktəb direktorlardan müxtəlif məbləğlərdə rüşvət yığırmış. Son aylarda isə Zakir Hüseynov qanunsuz qərarında dəyişikliklər edib. Dəyişikliklərə görə, müəllim və şagird sayına uyğun olaraq məktəb direktorları rüşvətin miqdarını qaldırmalıdırlar. Bu qərarın Gəncə şəhər icra başçısı tərəfindən verildiyini iddia edən Zakir Hüseynovun direktorları işdən çıxarmaqla həddələməsi araşdırmalarımız nəticəsində bəli oldu. Aldığımız digər məlumatda bildirilir ki, Gəncə şəhər Təhsil idarəsinin rəisi ilə bəzi direktorlar arasında qarşı durmalar yaranıb.Hazırda Zakir Hüseynov həmin direktorlarıncəzalandırılması üçün Elmar Vəliyevdən cavab gözləyir.

Məsələ ilə bağlı araşdırmalarımız davam edir.

Qarşı tərəfin mövqeyində işıqlandırmağa hazırıq.

bakunews.az