Bu gün:
Xezer.info » Cəmiyyət » Gəncə Təhsil İdman Mərkəzində İntiqam Hüseynov BƏLASI... Təhsil idman mərkəzinin Gəncə filialının direktoru qanunları tanımır

Gəncə Təhsil İdman Mərkəzində İntiqam Hüseynov BƏLASI... Təhsil idman mərkəzinin Gəncə filialının direktoru qanunları tanımır


Gəncə Təhsil İdman Mərkəzində İntiqam Hüseynov BƏLASI... Təhsil idman mərkəzinin Gəncə filialının direktoru qanunları tanımır
“Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialında baş verən qanunsuzluqlar, direktor İntiqam Hüseynovun saxta sənədlər tərtib edərək aidiyyatı qurumlrı aldatmağa cəhd etməsi, müəllimlərin narazılalıqları artıq ictimaiyyətə gizli qalmayan məsələlərdir. 2015-ci il sentyabr ayından idman mərkəzinə dirktor təyin olunan İntiqam Hüseynovun saxta yollarla əldə etdiyi “əməkdar məşqçı” vəsiqəsi diqqətləri bir istiqamətə yönəldiir. Görəsən direktorla bu saxtakarlıqda daha kimlər şərik olub? İlk öncə filialda boks idman növü üzrə məşqçi işləyən Vidadi Rzayevin köməkçisi kimi qələmə verilən İntiqam Hüseynovun valeybol müəllimi olması dəhşətli saxtakarlığın üstünü açmaqdadır. Təbii ki, Vidadi Rzayevin bu saxtakarlıqda birbaşa iştirakı var. Lakin biz bu barədə daha ətraflı növbəti sayımızda məlumat verəcəyik.

Ilk öncə qeyd edim ki, İntiqam Hüseynovun daha bir saxta sənəd işi özünə qaçqın statusu verməsidir. Bu şəxsin doğulduğu kənd erməni işğalında olmasada İntiqam Hüseynov saxta yollarla qaçaın statusu almış və bu yolla dövlətin güzəştlərindən maksimum istifadə etmişdir. Filial direktorunun bir neçə evi və yaxşı imkanlarını bizə xatırladan “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialının kollektivi rast olduqları haqsızlıqları da dilə gətirməkdən çəkinmirlər. Onlar İntiqam Hüseynovun qanunsuz tələblərindən – aylıq hər müəllimin maaşından 50-100 manat tutulmasından narazıdırlar. Hər ayın maaşı verilən zaman kontrabanda çalmaya-çalmaya “pulumu verin” deyə çığıran direktorun havasına oynamaq istəyən müəllimlər çarəsizdir. Hətta yeni direktor bununla kifayətlənməyərək bosketbol bölməsinin müəllimləri ilə şərt də kəsib. Şərtə görə bütün müəllimlərin hər birinə 36 saat dərs verir və bunun cavabı olaraq onların aylıq maaşından 100 manat direktorun payına düşür. Çarəsiz müəllimlər də qanunları və əsasnamıni ayaqaltına alan direktorun çaldığı hava ilə oynamaq məcburiyyətində qalırlar. Halbuki bu saatlar hər gün keçirilmir və keçirilməsi də mümkün deyil. Əsasnaməyə həmin saatlar digər bölmələr arasında paylaşılmalıdır.
Gəncə Təhsil İdman Mərkəzində İntiqam Hüseynov BƏLASI... Təhsil idman mərkəzinin Gəncə filialının direktoru qanunları tanımır

Filialın direktoru İntiqam Hüseynovun qanunsuz əməlləri təkcə bunlarla bitmir. Filiala direktor təyin olunandan sonra yeni təlimatçılar işə götürən İntiqam Hüseynov yenədə qaydaları pozaraq öz şəxsi maraqlarını önə çəkmişdir. Belə ki, təlimatçı vəzifəsinə ən azı 5 il müəllim işləyən şəxləri götürmək mümkündür. Lakin İntiqam bəy bu qanuna əsaslanmayaraq ümumiyyətlə müəllim işləməyən şəxsləri təlimatçı vəzifəsinə təyin etməklə filialda öz prinsiplərini həyata keçirtməkdədir. Bu şəxsin pula olan sevgisi onun qanunlara sayğısüızlığı ilə müşaiyət olunur ki, bu da aidiyyatı qurumları ciddi narahat etməlidir. Qanunsuz yolla təlimatçı vəzifəsinə gətirilənlər isə iş başında tapılmır. Direktorun şəxsi maraqlarını vaxtında yerinə-yetirən qanundankənar təlimatçıların dərsə nəzarəti sadəccə kağız üzərində mövcüddur.
Gəncə Təhsil İdman Mərkəzində İntiqam Hüseynov BƏLASI... Təhsil idman mərkəzinin Gəncə filialının direktoru qanunları tanımır

Digər ciddi narahat edici məqam isə mərkəzdə insanların sağlamlığının qayğısı həvalə edilən saxta diplomla işləyən həkimdir. 2011-ci ildə diplom saxtakarlığı üzə çıxandan sonra filialdan qovulan özünü həkim adlandıram Şahzadə Əliyev, İntiqam Hüseynov direktor təyin olunandan sonra böyük qayıdış etdi. Çünki saxta diplomlu həkim də yaxşı bilirdi ki, İntiqam Hüseynovun şəxsi istəyini yerinə-yetirəndən sonra diplomun önəmi yoxdur. Bizim adı çəkdiyimiz həkim isə sən demə Yaponiyada səhiyyə üzrə təhsil alıb və gündoğar ölkədə Hipokrat andı “içib”. Amma həqiqət odur ki, Şahzadə Əliyev Yaponiyanın hansı tibb təhsili verən Universitetini bitirdiyini heç özü də bilmir. Onun İntiqam Hüseynovun yanında pullu andı ona həkimlik səlahiyyəti verib ki, bu da daha ağır nəticələrdən xəbər verir. Hər hansı biridmançının tibb sahəsinin saxtakar həkiminə işi düşməsi faciə ilə nəticələnə bilər. Ümid edirik ki, aidiyyatı qurumlar bu məsələyə daha ciddi yanaşacaqlar.

“Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialında saxtakarlıqlar bununla bitmir. Filialda İntiqam hüseynov direktor olmamışdan öncə tikilən müasir ağır atletika üzrə məşq zalına giriş də yeni direktorun divara yapışdırdığı qaydalar əsasında baş verir. Zalın xidmətində maraqlı olan idmançı buna görə direktora 20 manat ödəməlidir. Əks təqdirdə yəni pulu ödəməyən idmançı zala sadəcə çökdən tamaşa etmək məcburiyyətindədir.
İntiqam Hüseynovun istər təlimatçı, istərsədə katibə seçimi diqqətdən yayınmır. Bu şəxsin filalın nəzdində olmayan amma yaxınlığında yerləşən yataqxanasını da özününküləşdirməsi faktdır. Gecəsinə 20 manat tələbdə bulunan direktorun göz dəyməsin gəliri yaman çoxdur. Qanunsuzluqlar üzərində qazandığı kirli pullarını təkcə yeməyən İntiqam Hüseynov onları paylaşdığı şəxslərin adlarını da gizlətmiş deyil. Müəllimlərə “sizdən aldığımı tək yemirəm” deyən İntiqamın daha hansı saxta əmməli var deyənləri gələn nömrəmizə qədər nigaran saxlamaq məcburiyyətindəyik.
Bizi izləyin.

BakuNews.az
Gəncə Təhsil İdman Mərkəzində İntiqam Hüseynov BƏLASI... Təhsil idman mərkəzinin Gəncə filialının direktoru qanunları tanımır
Gəncə Təhsil İdman Mərkəzində İntiqam Hüseynov BƏLASI... Təhsil idman mərkəzinin Gəncə filialının direktoru qanunları tanımır