Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyi ilə “Gənclərin İctimai Davranış qaydalarına münasibəti” adlı layihə həyata keçiriləcəkdir.
25-okt-2016Layihənin məqsədi Şəhərimizin eləcədə cəmiyyətizin ictimai mədəniyyət səviyəsinin yüksəldilməsi, Azərbaycan gəncinin mədəni inkişafında eyni zamanda şəhərimizdə ictimai mədəniyyətin aşılanmasında gənclərin rolunu artırmaq, idea və təşəbüslərini dəstəkləməklə, çəkdikləri video çarx vasitəsi ilə küçə və parklarda, ictimai nəqliyyat vasitələrində, ictimai obyektlərdə davranış qaydaları haqqında minlərlə insanı maarifləndirmək , gəncləri düzgün ictimai davranış qaydalarına riayət etmələrinə nail olmaq.
Beləki gənclər tərəfindən təklif olunan idealar içərisindən 3 idea seçilərək reallaşdırılması üçün lazımi avadanlıqlarla təmin olunacaqlar və video çarx hazırlanacaq, layihənin bağlanış günü təqdim olunacaqdır.
Layihədə iştirak etmək istəyən gənclərdən ad, soy ad, əlaqə nömrəsi və ideanın qısa təsvirini [email protected] elektron poçtuna göndərilməsi xahiş olunur.
Layihə ideaların qəbulu 04 noyabr 2016-cı il tarixinədək davam edəcəkdir.