Bakıda məşhur dil kursuna fırıldaq - İttihamı
12-noy-2016Bakıda fəaliyyət göstərən “International learning Center” (ILC) adlı kursa fırıldaqçılıq ittihamı var Politika.Az-a daxil olan məktubda kursun ünvanına sərt fikirlər səsləndirilib. Müraciətdə deyilir: “200 azn ödəniş etmişəm. Qqeyd edim ki 2 ay yarım olan kursun qiyməti 368 azn bəzi səbəblərə görə mənə endirim olunur (valideynlərlə bağlı) oktyabrin 3 dərsə başlamışam. Amma qeyd edim ki bunan öncə ay yarim mən bu kursa gəlmişəm 1 ay yarım olan kursun qiyməti 180 azn. Oktyabrda gəlirəm və 2 dərsdən sonra şikayətimi bildirirəm. Şikayətim 0 level də keçdiyim dərsləri təkrar keçməyimdi. Deyirlər belə olmalıdı sizin üçün bu yaxşıdı. Dedim yaxşı düz 1 ay təkrar dərs keçirilir imtahan olur. Əlbəttə ki imtahan zamanı haqsızlıq olur. Və imtahanan sonra bu kursa gəlmək istəmirəm və bunu bildirirəm. Səbəb odur ki müəllimə dərs keçdiyi zaman yalnız ingilis dilin də danışır hətta başa salmağı belə ingilis dilindədi bilmirsən başa düşmürsən. 2 səbəb Top Notch adlı kitabı qabağlarına qoyub dərs keçirlər və o kitabın videoları var ki onları televizor vasitəsilə səsnləndirilir və tələbə qulaq asır. Əlbəttə ki ödədiyim məbləğə görə dərs keçirilmir. Elə bil mən pulu atıram küçəyə. Müdiriyyətə yaxınlaşıb fikrimi bildirirəm və səbəbləri açıqlayıram ki sizin kurs məni qane etmir öyrənə bilmirəm”. Məktubda əlavə olunur: “Deyirlər biz nə edə bilərik cavabında ödədiyim məgləğə nə qədər dərs düşürsə o qədər gəlmək istəyirəm. 1 ayda 200 azn ödəmişəm. (298 azn mənə endirim olunub. Bu mənə deyilib yəni indi əgər dekabrın 18 qədər getsəydim 98 azn ödüyəcəkdim) Cavabında şəxsin mənə 2 gün gələ biləcəyimi deyir əlbəttə bu şəxs bisavad düşüncəsiz mənəviyyatsız elman adlı bir şəxsdi. İşdə müdriyyət zəng edib danışır və cavabında eşidəcəyim sözə təcublənirəm sizin işçi bizə 98 azn yox 168 azn ödəməlidi ya son məbləği ödüyüb dərsə gəlir yada gəlmir. Kursa gedirəm əlbəttə ki bir az səs küy salanan sonra elman adlı şəxs mənə deyir xanım sizin pulunuz ödəniləcək narahat olmayın siz sabah yaxınlaşarsız saat 12-5 kimi. Və bu gun kursa gedirəm yazdığım müqaviləni cırıblar. O müqavilə ki endirim blankı və mən pul haqqında dediyim də Elman adlı şəxs üzümə at kimi dirəşir ki mən sizə elə söz deməmişəm ki sizin pulunuz qaytarılacaq. Deyir sənəd yoxdu, sübut edin ki sizə endirim olunub. Deyir mən sizə çox şey deyə bilərəm. Verdiyim cavab əlbəttə ki, kişinin sözü bir olar. Əlbəttə qalan 80 azn olan məbləğ ödənilmir mənə və hətta məni borclu da çıxardırlar. Bu da məşhur İLC kursunun “moşşenik”liyidir”.