Bu gün:
Xezer.info » Dünya » Türkiyə Almaniyaya qarşı plan hazırlayır - Ərdoğanın mətbuat katibi

Türkiyə Almaniyaya qarşı plan hazırlayır - Ərdoğanın mətbuat katibi


Türkiyə Almaniyaya qarşı plan hazırlayır - Ərdoğanın mətbuat katibi
Almaniya Parlamenti erməni “soyqırım”ının tanınması haqqında qətnaməni qəbul etdikdən sonra Türkiyə bu ölkəyə qarşı qəti tədbirlər görmək niyyətindədir.

“Xezer.info” xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb. Məsələyə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalın aydınlıq gətirib. O, “səlahiyyətli orqanlar, ilk növbədə xarici işlər nazirliyi fəaliyyət planı hazırlayırlar”,- deyib.

Bildirilir ki, baş nazir Binəli Yıldırım və ölkə başçısı Rəcəb Tayyib Ərdoğan baxdıqdan sonra tədbirlərin təfərrüatları açıqlanacaq. O da qeyd edilir ki, Türkiyə Almaniya bundestaqında qətnamənin lehinə səs verən türk mənşəli 11 deputata qarşı ən azı üç məhkəmə iddiası hazırlayır.

Xatırladaq ki, iyunun 2-də Almaniya parlamenti Osmanlı İmperiyasında ermənilərin kütləvi qırğınını “soyqırım” kimi tanıyan qətnaməni qəbul edib.