Bu gün:
Xezer.info » Dünya » ABŞ-da Trampa qarşı mitinqlər “alovlanır” – Polislərə hücum, yüzlərlə həbs...

ABŞ-da Trampa qarşı mitinqlər “alovlanır” – Polislərə hücum, yüzlərlə həbs...


ABŞ-da Trampa qarşı mitinqlər “alovlanır” – Polislərə hücum, yüzlərlə həbs...
Trampın əleyhdarlarının mitinqləri davam edir.

BakıPost.az Reutersə istinadən xəbər verir ki, cümə günü qaranlıq düşən kimi Mayami, Filadelfiy, Nyu-York, San-Fransisko və Portlandda, Oreqon ştatında minlərlə insan küçələrə çıxaraq, Trampın seçki öncəsi immiqrantlar, müsəlmanlar və qadınlar barəsindəki ritorik çıxışlarını lənətləyərək etirazlarını bildiriblər.

Mayamidə minlərlə əleyhdar şəhərin mərkəzinə toplanıb, magistralları bağlayıb, avtomobillərin hərəkətini dayandırıblar.

Nyu-Yorkda nümayişçilər yenidən Vaşinqton-Parka və Trampın yaşadığı malikanənin ətrafına yığışıblar.

Cümə axşamı Portlandda nümayişçilər polisləri daşa basıblar və bir neçə polis maşınını əziblər. Onlardan ən azı 26 nəfər saxlanılıb.

Los-Ancelesdə isə 185 nəfər yollarda hərəkətə mane olduqlarına görə həbs edilib.