Bu gün:
Xezer.info » İdman » Azərbaycan millisi məğlub oldu

Azərbaycan millisi məğlub oldu


Azərbaycan millisi məğlub oldu
Azərbaycan millli komandası DÇ-2018-in seçmə mərhələsində növbəti oyununa çıxıb. Yığmamız səfərdə Şimali İrlandiyanın qonağı olub.

İlk 3 turda məğlub olmayan, hətta qapısında qol görməyən Robert Prosineçkinin komandası uğurlu seriyasını çətin səfər oyununda davam etdirə bilməyib. Oyun meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb.

Şimali İrlandiya – Azərbaycan 4:0 (İkinci hissə)
Qollar: Lafferti, 27 (1:0), MkAuley, 40 (2:0), MkLauhlin, 66 (3:0), Brunt, 83 (4:0)