Prezident fərman verdi- Nazirliyin daha bir səlahiyyəti alındı
12-noy-2016Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”nin 8.25-1-ci bəndi ləğv edilir.
Qeyd edək ki, Əsasnamənin 8-ci maddəsinin (Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:) həmin bəndində deyilirdi:
"8.25-1. turistlər üçün elektron viza almaq hüququ olan Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərini akkreditasiyadan keçirmək;"