Bu gün:
Xezer.info » Siyasət » "Sirr deyil ki, bizim yeni seçilmiş prezidentlə fikir ayrılıqlarımız var"

"Sirr deyil ki, bizim yeni seçilmiş prezidentlə fikir ayrılıqlarımız var"


"Sirr deyil ki, bizim yeni seçilmiş prezidentlə fikir ayrılıqlarımız var"
Barak Obama seçki marafonu boyunca dəstəklədiyi Hillari Klintonun məğlub olmasının ardından Donald Trampı təbrik edib.

AzNews.az xəbər verir ki, buna cavab olara isə Donald Tramp bütün narazılıqları unutmağı təklif edib:

“İndi Amerika üçün yeni mərhələ başlayıb, bütün mübahisəli məqamları unutmaq lazımdır. Hamı bir yerə toplaşmalıdır. Respublikaçılar, demokratlar və müstəqil partiya üzvləri bir millət olmalıdır. Indi bunun zamanıdır.”

Barak Obama isə seçicilərə xatırladıb ki, istənilən seçkilərdə qalib və məğlub tərəf var. Namizədin hansı düşərgəyə mənusb olmasının heç bir fərqi yoxdur. Əsas odur ki, ölkəsinin vətənpərəvəri olsun:

“Sirr deyil ki, bizim yeni seçilmiş prezidentlə fikir ayrılıqlarımız var. Amma unutamyaq ki, 8 il bundan əvvəl də bizim Buşla çoxlu fikir ayrılıqlarımız mövcud idi. Bu gün biz yeni prezidentin ətrafında sıx birləşməliyik. Bizim demokratiyamızın əsas məqsədi hakimiyyətin sülh yolu ilə ötürülməsindədir. Yaxın aylarda biz bunu bütün dünyaya sübut edəcəyik.”

ABŞ-da hakimiyyətin ötürülməsi 73 gün davam edir. Donald Tramp prezidentlik postuna de-fakto 2017-ci ilin 20 yanvar tarixində keçəcək.