Sabir Rüstəmxanlı alim dostunu təbrik etdi
08-iyun-2016Nüvə fizikası üzrə Azərbaycanın böyük alimi, Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun əməkdaşı dok. Saleh Sultansoy Fuad oğlu Türkiyənin ən sayılan '’Qızıl alma’’ ödülü ilə təltif edilib. Qeyd olunanan nominasiya üzrə Türkiyədən nobel mükafatçısi Muhammed Yusif Sancaq , Azırbaycandan Saleh Sultansoy və Qazaxıstandan bir nəfər də təltif edilmişdir. Yüksək mükafata layiq görülməsinə görə VHP-nın sədri, xalq şairi Sabir Rüstəmxanlı alim dostu Saleh Sultansoyu ürəkdən təbrik edib və ona yeni ugurlar arzulayıb.
Milletinsesi.az-a bu barədə, VHP-nin İnsan Resursları Departamentinin sədri Azər Canıyev məlumat verib.
Prof. Dr. Saleh Sultansoy Yüksək Enerji Fizikası sahəsinə əhəmiyyətli çalışmalara imza atmışdır, bu sahədə 700-dən çox elmi məqaləsi vardır. Türk Dünyasında elementar zərrəciklər fizikasının və Sürətləndirici Texnologiyalarının (21-ci əsrin stratejik texnologiyaları siyahısının ön sıralarında yer alırlar) inkişafı üçün hər cür səy sərf etməkdədir. Google Scholar məlumat bazasına görə Azərbaycanda ən çox nəşr və istinad saylarına malikdir. Webometrics məlumat bazasına görə Türkiyədə 4-cü sıradadır. Bununla birlikdə Türk gəncliyini Elm-İrfana yönəltmək üçün "Türklər və Elm: Dünən, Bugün, Sabah" və bənzəri mövzularda çox sayda konfrans təşkil etmişdir.
Saleh Fuad oğlu Sultanov (Sultansoy) 23.05.1952 tarixində Bakı şəhərində anadan olmuştur. Orta təhsilini Bakı şəhəri 134 sayılı məktəbində almışdır. 1966-cı ildə Bakı şəhər riyaziyyat olimpiadasında 2-ci yer, 1968-ci ildə Azərbaycan riyaziyyat olimpiadasında 2-ci yer, 1969-cu ildə Azərbaycan riyaziyyat olimpiadasında 1-ci yer, 1969-cu ildə Azərbaycan fizika olimpiadasında 2-ci yer tutmuşdur.
1969-1974 illərində Azərbaycan Dövlət Universiteti fizika fakültəsində oxumuşdur. 1972-1973 illərində fakültə tələbə elmi cəmiyyətinin sədri olmuşdur. 1974-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda işləyir. Fizika doktora dərəcəsini 1985-ci ildə Yüksək Enerjilər Fizikası İnstitutundan (Serpukhov, Moskva vilayəti) almışdır. 1989-ci ildə böyük elmi işçi, 1993-ci ildə aparıcı elmi işçi vəzifəsinə təyin edilmişdir.
AMEA Fizika institutunda çalışmaqla birlikdə:
1979-1989 illərində Yüksək Enerjilər Fizikası İnstitutunda (Serpukhov, Moskva vilayəti),
1993-1999 illərində Ankara Universiteti Fizika Bölümündə dəvətli professor vəzifəsində,
1999-2000 illərində DESY Araşdırma Mərkəzində (Hamburg Almaniya) dəvətli professor vəzifəsində,
2001-2006 illərində Qazi Universiteti Fizika Bölümündə dəvətli professor vəzifəsində,
2007-ci ildən etibarən TOBB İqtisadiyyat və Texnologiya Universitetində professor vəzifəsində çalışmaqdadır.
1997-ci ildən etibarən Avropa Nüvə Tədqiqatları Mərkəzində (CERN) Higgs bozonunu kəşf edən (2012) ATLAS kollaborasyonunun üzvüdür. 2003-ci ildən etibarən CLIC, 2009-ci ildən etibarən LHeC, 2014-ci ildən etibarən FCC sürətləndirici proyektlərində iştirak edir. Türkiyənin və Azərbaycanın CERN çalışmalarına fəal şəkildə qatılması üçün səy göstərməktədir.
Saleh Sultansoy Türk Sürətləndirici Kompleksi (Turkic Accelerator Complex - TAC) proyektinin banisidir.
1993-1994-ci illərdə Ankara və Qazi universitetlərində çalışan 15 elm insanı ilə birlikdə inkişaf etmiş ölkələrin AR-GE infrastrukturlarını araşdıraraq ilk Türk Elm Şəhəri (Turkic Science City) proyektini hazırlamışdır.