“Admiral Kuznetsov” gəmisi Suriyaya zərbə endirməyə hazırlaşır
09-noy-2016Rusiyanın “Admiral Kuznetsov” gəmisinin təyyarələri yaxın vaxtlarda terrorçuların Suriyanın Hələb şəhəri ətrafındakı mövqelərinin bombalanması prosesinə qoşula bilər.
“Report” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindəki mənbələrə istinadən bir sıra mətbu orqanları məlumat yayıb.
RİA “Novosti”nin məlumatına görə, eyni zamanda, zərbələr təkcə gəmi aviasiyası ilə deyil, həm də qanadlı “Kalibr” raketləri ilə endirilə bilər.
Hazırda hərbi idarənin rəsmi nümayəndələri terrorçuların mövqelərinə zərbə endiriləcəyinə dair ehtimalı təsdiq etməyiblər.