“Azərişıq” vətəndaşlarla "məzələnir" - 97 milyonluq işıq qəbzi FOTOFAKT
08-noy-2016Bakının Nizami rayonu, Elşən Süleymanov küç, ev 139, mənzil 58-də yaşayan Emin Fərhədov adlı vətəndaş Azinforum.az-a müraciət edərək bildirib ki, onun yaşadığı mənzilə “Azərişıq” tərəfindən ödənilməsi vacib olan astronomik məbləğdə borc kağızı göndərilib.
Bizə təqdim edilən çekdən də görünür ki, vətəndaşa 97 milyon manat məbləğində borc yazılıb. Emin Fərhadov bizimlə söhbətində bildirdi ki, bu məbləğdə elektrik enerjisini sərf etmək qeyri mümkündür:
“Yəqin ki, texniki yalnışlıq olub. Məsələnin araşdırılmasını tələb edəcəm”.
“Azərişıq” vətəndaşlarla "məzələnir" - 97 milyonluq işıq qəbzi FOTOFAKT