Bu gün:
Xezer.info » Siyasət » Gömrük generalları Gürcüstandakı soydaşlarımıza necə qənim kəsilib... - "Hansısa gürcü məmurun laqeydliyi..."

Gömrük generalları Gürcüstandakı soydaşlarımıza necə qənim kəsilib... - "Hansısa gürcü məmurun laqeydliyi..."


Gömrük generalları Gürcüstandakı soydaşlarımıza necə qənim kəsilib... - "Hansısa gürcü məmurun laqeydliyi..."
Azərbaycan-Gürcüstan sərhədində gömrükçülərimizin vətəndaşlarla kobud davranışları, bürokratik süründürmələr barədə mətbuatda az yazılmayıb. Gürcüstanla həmsərhəd bölgələrdən də şikayətlər səngimək bilmir və bu şikayətlərdə Dövlət Gömrük Komitəsinin əməkdaşları "xüsusi” yer tutur. Çünki işsizlikdən və sosial problemlərdən əziyyət çəkən, ümidi vaxtaşırı Gürcüstana keçib ucuz ərzaq almaq, xırda ticarət etmək olan vətəndaşlarımız bu imkanlardan tamamilə məhrum olublar. Bu isə bölgələrdəki sosial narahatlığı artırır və bu "artım”a görə də, DGK sədri Aydın Əliyevə və bütün gömrük sistemini öz nəzarətində saxlayan, az qala bütün gömrükçülərin həmkəndlisi olan Səfər Mehdiyevə "təşəkkür” düşür.

Lakin DGK rəhbərliyinin əlindən "qan ağlayan” təkcə bizim vətəndaşlar deyil. Həm də qanı-canı bizdən olan Gürcüstan azərbaycanlılarıdır. Azərbaycan Respublikası təkcə 10 milyon vətəndaşın dövləti deyil ki… Bizim təkcə dövlət olaraq yox, cəmiyyət olaraq da qarşımızda duran əsas vəzifə qonşu ölkələrdə yaşayan həmvətənlərimizin durumuyla maraqlanmaq, onlara doğmalıq göstərməkdir.

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevin təşəbbüsü ilə, hər il Bakıda Dünya Azərbaycanlıları Forumu keçirilir. İlham Əliyev "mən 50 milyon azərbaycanlının prezidentiyəm” deyərkən də, məhz onu nəzərdə tutub ki, dünyanın istənilən ölkəsində yaşayan azərbaycanlılar hər zaman Azərbaycan rəhbərliyinə güvənə bilər, dərdlərini eşitdirməkdə çətinlik çəkməzlər. Amma və lakin… bez-nazvaniyabəzi məmurlarımızın bu çağırışları görməzdən gəlməsi bizi təəccübləndirir. Ən çox da, təəccübümüzə o məmurlar səbəb olur ki, məsələn, onlar Gürcüstandan – Borçalı mahalındandırlar, amma öz həmyerlilərinə qarşı ögey yanaşma göstərirlər.
İndi oxucularımız sual verəcək: "Həm yerlibazlığı pisləyirsiniz, həm də deyirsiniz ki, hansısa məmur öz həmyerlilərinə ögey yanaşma göstərir?”… İcazənizlə, mətləbə aydınlıq gətirək. Bu yaxınlarda Qafqaz Xəbər Agentliyinin əməkdaşları Gürcüstan Respublikasında oldu və ayrılmaz hissəmiz, tarixi diyarımız olan Borçalı mahalında yaşayan ziyalı həmvətənlərimizlə görüşdü. Gürcüstan azərbaycanlılarına diasporçu demək olmaz, çünki onlar öz tarixi el-obalarında, həm də kompakt şəkildə yaşayırlar. Uzun sözün qısası, Borçalı ziyalılarından problemləri ilə bağlı soruşanda ilk olaraq, Azərbaycanın DGK sədri Aydın Əliyevdən gileyləndilər. Niyə məhz Azərbaycanın DGK-sından və məhz Aydın Əliyevdən? Çünki uman yerdən küsərlər. O ziyalıların sözlərini sizə çatdırırıq, əziz oxucular:

"Hansısa gürcü məmurun laqeydliyi bizi azərbaycanlı məmurların, xüsusilə də bizim el-obadan çıxan məmurların saymazyana rəftarı qədər incitmir”. Borçalı ziyalıları baş prokuror Zakir Qaralovu, xalq şairi Zəlimxan Yaqubu və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovu hörmətlə yada saldılar. Amma növbə Aydın Əliyevə çatanda… Ondan imtina etdiklərini dedilər. Səbəbini soruşanda öyrəndik ki, Borçalıda yaşayan həmvətənlərimiz son zamanlar gömrükçülər tərəfindən xüsusi amansızlıqla üzləşirlər: "Bizim sərhəddən o tərəfdə qohumlarımız var. Onlara nəsə pay-puş apara bilmirik. Əlimizdə iki toyuq görəndə götürüb çaya atırlar, əlimizdəki sellofanları eşələyib boşaldırlar, deyirlər ki, onu aparmaq olmaz, bunu aparmaq olmaz.zelimxanyaqub

Bir sözlə, Aydın Əliyevin işçiləri bizi çox incidirlər. Sanki Aydın Əliyev bizi qəsdən Azərbaycandan soyutmaq, küsdürmək istəyir. Heç gürcülərə qarşı belə kobudluq, laqeydlik görmürük. Amma Gürcüstan vətəndaşı olan azərbaycanlılar sanki qəsdən sıxışdırılır ki, bir də doğma Azərbaycana getməsinlər. Gömrükçülərin bu davranışı bizi öz qohumlarımızdan, Azərbaycanımızdan soyutmayacaq… Amma bu münasibət Borçalı diyarını taleyin axarına buraxır, insanlarımızın özünü "yetim” hiss etməsinə səbəb olur”.

Bundan başqa, həm eşitdiklərimiz, həm də öz gördüklərimizdən deyə bilərik ki, Azərbaycan-Gürcüstan gömrüyündə süründürməçilik, ləngimələr, gözlətmələr saatlarla çəkir. Bundan başqa, Gürcüstan gömrükçüləri neytral xətti keçərək, düz bizim postun yanında "budka” qoyublar, bizim sərhədçi və gömrükçülərin işlərinə qarışırlar. Onu buraxmaq lazımdır, bunu buraxmaq lazımdır… Sanki Azərbaycan DGK-sı özü öz işinin öhdəsindən gələ bilmir, Gürcüstan gömrükçüləri "dəstək qüvvə” ilə köməyə gəliblər.

Qeyd edək ki, noyabrın 3-də Qafqaz Xəbər Agentliyinin rusdilli Kavkaznews.az saytında "Gürcüstan gömrüyü təsdiq , Azərbaycan gömrüyü isə təkzib edir” başlıqlı yazı dərc olunmuşdu. Yazıda bildirilirdi ki, Azərbaycan vətəndaşı M. Tağıyevin sözlərinə görə, o noyabrın 1-dən 2-nə keçən gecə Gürcüstan-Azərbaycan sərhədində yerləşən "Sınıq Körpü” gömrük keçid məntəqəsində 6 saat keçirmək məcburiyyətində qalıb.

"Gürcü gömrükçüləri mənə və yüzlərlə sürücüyə Azərbaycan ərazisinə daxil olmağa icazə vermirdilər. Mən saat 6-da Azərbaycan ərazisində gömrük yoxlamasından keçdim”,-deyə M. Tağıyev bizə bildirib. Gürcüstan Maliyyə Nazirliyinin Gömrük departamentinin analitiki Xatuna Qulua M.Tağıyevin Azərbaycan-Gürcüstan sərhədində yaranan nəqliyyat sıxlığı barədə dediklərin təsdiqləyib.

"Həqiqətən də Azərbaycan-Gürcüstan sərhədində nəqliyyat sıxlığı olub. Lakin, bu gürcü gömrükçülərinin günahı deyil”,-deyə Xatuna Qulua bildirib. "Bəs bu kimin günahıdır?”,- jurnalistimiz sual verdi.

"Srağagün gecə saat ikidə M.Tağıyev Gürcüstan ərazisində uğurla gömrük nəzarətindən keçib”, – gömrük Departamentinin analitiki bildirib. "Amma Tağıyev bizə deyir ki, Azərbaycana gəlmək üçün 5 – 6 saat növbədə dayanmaq məcburiyyətində qalıb”,-Kavkaznews.az müxbiri bildirib. "Əgər M.Tağıyev Gürcüstanla Azərbaycan arasındakı sərhəddə 5-6 saat keçirmək məcburiyyətində qalıbsa, bu Azərbaycan gömrükçülərinin ucbatındandır”, – deyə departamentin analitiki bildirib.
P.S. Teref.info olaraq qeyd etmək istəyirik ki, bu günlərdə Gürcüstandan gələn bir qonağımızda təsdiq etdi ki, "Sinq körpü" buraxılış məntəqəsinin Azərbycan tərəfində düz 6 saat gözləməli olub.
Teref.info